+994503578952 drzeynili@gmail.com


5.1. Mirzə Xəzərə müraciət


(28. 01. 2005 tarixdə “ETİRAZ MƏDƏNİYYƏTİ -Vətəndaş Cəmiyyətinin formalaşmasına aparan qısa yol”  Forumu ilə əlaqəli düşüncələr)


Hörmətli, Mirzə Xəzər bəy, bu çağrış məni riqqətə gətirdi. Mən, 1980-cı illərin sonu 1990-cı illərin əvvıllərində (o, böyük qürur və həsrətlə xatırladığımız-Milli Azadlıq uğrunda mübarizə illərimizdə) Sizinlə bir neçə dəfə Naxçıvandan telefonla danışmışam. İnsan həyatını təmin edən iki əsas şərt var: keçmişdən (arxadan) xatirə, öndən ümid. Sizin saytınızla tanış olandan sonra, xatirələrim təzələndi, son zamanlar beynimə hakim olan umidsizlik bir qədər azaldı. Buna görə, ən əsası bu gün üçün həyati vacib olan bu problemi gündəmə gətirdiyinizə görə Sizə təşəkkür edirəm!

Millətin öz taleyinə bu qədər etinasız və biganə olmasını heç cür başa düşə və qəbul edə bilmirəm. Bu çox ağır bir xəstəlikdir, xəstəliyi müalicə etmək üçün isə səbəbini tapmaq lazımdır. Mən Sizdən çox xahiş edirəm bu forumun miqyasını böyüdüb, hamıya müraciət edəsininiz ki, bu bəlanın əsas səbəbi bəlkə aydınlaşa. Necə oldu Topxana meşəsində bir neçə ağacın kəsilməsi ilə meydanı lərzəyə gətirən xalq, Xocalı vəhşətinə, ana-bacısının erməni əsarətində olmağına dözəcək hala gəldi (və ya gətirildi). Bəs görəsən doğurdan da, Biz Azərbaycan Türkləri tarixdə 17-si bayraqlı 101 dövlət qurmuş Türkün nəticələri deylik? Genlərində Böyük H. Cavid qüruru, Nəsimi ölməzliyi daşıyan bir millətin övladlarında bu qədər yaltaqlıq, qorxaqlıq, şərəfsizlik hardandır? Gürcülər “məxməri rəngə boyana” , ukraynalılar “narıncılaşa” bildi, biz isə türklüyün bağrından süzülüb gələn mənalarla rəmzləşmiş, bu gün Ümumtürk Birliyinin Bayrağı ola bilmə vasıfına malik Bayrağımızın heç bir rənginə layiq ola bilmədik. Biz Məmməd Əmin ruhu qaşısında başı aşağıyıq.

Bəli, mən də siyasətdən kənar, yəni özü və ya qrupu üçün hakimiyyət davasını bir tərəfə qoyub millətin aktivləşərək, özünüidarə üsuluna cəhd etməsinə var gücümüzlə çalışmamızın zəruri olduğunu düşünürəm. Bəli, bu gün vətəndaş cəmiyyəti qurulması uğrunda çalışmaq, müraciətdəki yaramazlıqlardan qurtulmağın uzun da olsa, ən doğru yoludur. Coşqun Feyzullazadə və yoldaşlarının fikirinə qoşuluram. Ama, bunun yollarını (xalqa təsir yollarını) tapmamız lazımdır.

Gəlin konkret təkliflər edib, müzakirə aparaq yolları birlikdə tapaq və birlikdə mübarizə aparaq. Mən düşünürəm ki, birincisi, hər şeyi bir yana qoyub həqiqi məqsədinə uyğun fəaliyyət gösərə biləcək ictimai TV uğrunda çalışmaq vacibdir. Ya da heç olmasa, asılı olmayan bir TV. Mirzə müəllim, bu işi nə dərəcə real görə bilirsiniz? Çox çətin ola bilər, amma, Mirzə Cəlil missiyasının müasir variantda həyata keçirmək deməkdir. Məncə bunu Siz, özünüz kimi mübarizləri başınıza yığaraq edə bilərsiniz. İkincisi, yollar axtarıb Orxan Fikrət oğlu kimilərə dəsdək olmalıyıq. Əgər elə adamlara kömək olunsa, belələri çoxalar, əks halda onlar ya dəyişəcək, ya da aradan götürüləcək. Xoşbəxlik əlində olanda onun qədrini bilməmək, öləndən sonra insanlara dəyər vermək, bizim həmişə səhfimiz olub. Bu cür insanların tapılıb, dəsdəklənib, birlikdə çalışmamız, xalqı səfərbər etmək lazımdır, deyə düşünürəm.

  

30.01.2005 .           Demokratik Fəaliyyət Cəmiyyətinin sədri: Ələkbər Zeynili.



 

5.2. Orxan Fikrətoğluna


("Zorxana sahibi" Orxan Fikrətoğluna, Naxçıvandan tamaşaçi rəyi. Şagirdlərin son zəngi ilə əlaqədar çıxışından təsirlənərək)


Salam, Orxan bəy! Deyirsiniz ki, gənclər ictimayi mənafeyi şəxsi mənafelərindən üstün tutsunlar və özünüzü də örnək göstərirsiniz. Nə qədər səmimisiniz, bu Allahınızla sizin aranızda. Bu fikri (tövsiyə, məsləhət) çox tez tez deyirlər. Məncə, burda çox incə bir məqam var. Mən də başa düşürəm ki, bütün (hamısı olmasa da əksər) bəlalarımızın əsasında Sizin söylədiyiniz kimi millət olaqaq demək olar ki, şəxsi (ən yaxşı halda firqə) maraqlarımızı ictimai (milli) maraqlarımızdan üstün tutmağımızdir. Bunun səbəbini çox düşündüm, bu nəticəyə gəldim ki, əslində ən böyük yanlışlıq elə belə “təlimlərin” (tövsiyə, məsləhətlərin) verilməsi tərzindədir. Baxın, Orxam müəllim, insan ən çox özünü istər, əksi insan doğasına ziddir. Çox bəsitləşdirsək mənəvi cəhətdən insan təbiətdən aldıği instiktlər, ağıl və vicdandan ibarətdir. Bunları içərisində xüsusi çəkisi daha çox olan ağılın çox bəsit anlamı: instinktlərini qoruyub yaşatmaq üçün mübarizə aparmaq, daha sadə oaraq özünə faydalını götürmək, ziyan verəndən qaçmaq. Elə isə təbii olaraq ınsan ona zərər gətirən işi görməməlidir. Yəni insanlar o zaman ictimai (milli) marağı üstün tutacaq ki, buradakı qazancı (tək maddi deyil) şəxsi (firqə) maraqları güdddüyü zamana nisbətən, ənazındanonabərabərvə ya, daha çox olsun. Yəni ağılın fizioloji işləmə prinsipi budur. Əslində doğrudan da bu sadə həqiqəti hamımız (hamı mümkün deyil ama, əksər çoxluq) başa düşsək (çoxlarından üzür istəyirəm), qəbul etsək, tətbiq etsək, “dadını” bilsək, onda, ondan əlçəkmənik. Məs., yaponlar kimi. Bir yaponun çox ağrısı olsa belə qarşıdan gələnin üzünə gülümsər, qarşıdan gələn də ona gülümsəyərək elə birinciyə müsbət enerji verəcək, məncə, birinci daha çox qazanır. Bir anlığa əksini fikirləşin, ya da fikirləşməyə ehtiyac yox, biz də hər yerdə elədir. Yapçıların müxalifə (müxalifət demirəm, çünki bəlkə də onda bir mahna tapmaq olar), müxalifətin bir birinə və hakimiyyətə (bu daha çox anlaşılandır) münasibətləri. Hamısı bir birinə qarşı mənfi emosiya törədir və cavabını da mənfi olaraq alır (nə tökərsən aşına, o da çıxar qaşığına). Fikirimin məğzi budur ki, biz (daha çox Siz) obyektiv olaraq gənclərimizə aşılamalıyıq ki, daha çox şəxsi qazanc əldə etməyin yolu ictimai (milli) maraqları üstün tutmaqdan keçir. Bunları oxuyanda (oxumanıza ehtimal çox azdır) bəsit şeylərdir, mən bunları səndə də yaxşı bilirəm deyəcəksən. Ama, mənim “yerimdən” (mən Naxçıvanda yaşayıram) baxsanız ANS (Sizi nə qədər əlaqədar etdiyini dəqiq bilmirəm, ama...) olaraq “firqə maraqlarınıza” üstünlük verdiyiniz, “çatı bərkiyəndə” [məs.: Naxçıvanda (oranın bizə dəxli yoxdur deyə bilərsiniz), seçkilərdə, “Azərbaycanımızda qanunun şah deyil şahın qanun olmasına” münasibətdə] nuxalı demişkən “razqon” götürmək üçün (üçün mü? kaş olaydı!) geri çəkilmələriniz “sezilir”. Açığını yazsam, bu da məni çox üzür. Ona görə ki, birincisi uman yerdən küsəllər. Açığını yazım, əvvəllər mən az qala Sizin pərəstişkarınız olmuşdum. İkincisi, Siz çox böyük missiya üstlənmişsiniz. Üçüncüsü, xalqin (daha doğdusu sizə baxanların) arasında reytinqiniz azalir (ən azından mənim müşahidəm).

Bir də bir iki iradımı bildirəcəm, bir tamaşaçı kimi həm də 40 ilə yaxın həkimlik təcrübəsi olan birisi kimi. Orxan müəllim, bir insanıın yanında 4-5 dəfə baş kəsilərsə həmin adama bu dəhşətli iş adi bir hadisə kimi görünə bilər. Aylarla gün ərzində dəfələrlə “ermənilərin Azərbaycana təcavüzü davam edir” (məncə millətsevər və namuslu bir azərbaycan türkü üçün bu iki altı cizilən sözdən ağır və nifrətəlayiq söz olmamalıdır) təkrar olunması başa düşə bilmirəm nə qədər faydalıdir. Hətta sözü deyən diktorun üzünün ifadəsi bu dəhşətli cümlənin mənasını ifadə etmədiyindən və sanki, salam verib keçər kimi başqa fikirə keçməsi gətirdiyi faydadan çox ziyan verir düşüncəsindəyəm (kaş yanılmış olum).

Sənin çıxışından həmən sonra Viaqra reklamının verilməsi də çıxışın effektini azaldır (heçə yendirmirsə?). Çünki, həmişə olmasa da çox zaman, qısa zamanda çox tutumlu, iki mərtəbə mənası, üç mərtəbə də yorumu olan söz və fikirlər deyirsən. Beyin aldığı informasiyanı alqılqmailı, süzgəcdən keçirməli, qəbul edib yaddaşa qeyd etməlidir. "Viaqra" həinki yadda saxlamağa heç alqılamağa imkan verməz. Qardaşım (“Aybrat”), o qədər yaradıcı adamlarla, imkanlarla (mütəxəssis dəvət etmək olar və s.) xalqa daha yaxşı təsir imkanları tapmaq olmazmı? Bəlkə də yanılıram, yəni mənə kənardan asan görünür.

Orxan müəllim, istəyirəm biləsiniz ki, mənim məqsədim Sizə nə isə öyrətmək, irad tutmaq deyil. İçimdən gələn bir hisslə belə daha yaxşı olar, beləliklə millətə (Xeybərə) daha çox şey çatdirmaq olar düşüncəsini Sizinlə bölüşməkdir. Çünki, iki nöqtəni birləşdirən bir düz xətt var. Bir nöqtədən o birinə getməmiz üçün yolumuz düz olmalıdır, çox təəssüf ki, başlanğic nöqtədən (yəni binanın himi əyri qoyuldu; demokratiyanın mayası seçkilərdir, maya çürüdüldü) başladı əyrilik. Ona görə millət olaraq işimiz çox zor. O isə hamı nəsə etməlidir (Mən də nə isə etdim və ya Sizin gördüyünüz işə “ortaq” olmaq istəyi ). Bir də aramızda (yəqin ki, Sizin həmişə şikayətləndiyiniz şey-vaxtınız imkan versə) ikmizin söhbəti olsun dedim.

Mən çox belə məktublar yazıb, ama göndərmədiyim olub (bu bir növ özünü tətmindir). Ama, bunu göndərməyə çalışacağam. Cavab versəniz çox məmnun olaram. İmkanınız (yəni vaxtınız) olmasa canınız sağ olsun. Şəxsinizə sağlıq və böyük missiyanı layiqlə həyata keçirmədə müvəffəqiyyətlər arzularımla.

Hörmətlə, Ələkbər Zeynili.

 Naxçıvan.     31.05.2006.