+994503578952 drzeynili@gmail.com

Bədbəxtliyi xoşbəxtliyə necə çevirməli?

 Bədbəxtliyk və xoşbəxtlik sözlərinin morfologiyasına diqqət etdikdə, bəxtin yaxşı və ya pis halını, qədərin töhfəsinin keyfiyyətini ifadə edir. Ancaq  müxtəlif mənalarda işlədilir və anlaşılır. Bu sözlərin “xoşbəxt həyat”, “xoşbəxt gələcək”, “xoşbəx insanlar”,  “göydən xoşbəxtlik yağır” v. s. kimi işlədilən mücərrəd mənalarından fərqli olaraq insanın ruh halı ilə əlaqəli aspektindən söz edəcəyiz. Tibbi və elmi əsaslara dayanan düşüncəyə görə xoşbəxtlik, həyatımızda nail olduqlarlarımız və əlimiz çatan şeylərdən həzz alma bacarığıdır, diger baxışla arzumuzun reallaşması zamanı keçirdiyimiz ruhi və fiziki rahatlıqdır. Bu vəziyyət normal həddini aşarsa maniakal vəziyyət, daha irəli gedərsə maniakal psixoz adlanır. Biokimyəvi olaraq beynimizin əhval ruhiyəmizlə əlaqəli limbik nahiyısinə təsir edən serotonin, dopamin, endorfin kimi transmitter və hormonların təsiri ilə əlaqədardır.  Bunun tam tərsi, ətrafı və əlindəki dəyərləri lazımi səviyyədə qiymətləndirəməməsi nəticəsində əhval ruhiyənin çökkün olması isə bədbəxtlikdir. İnkişaf dərəcəsində asılı olaraq depressiv vəziyyət, depressiya sindromu və depressiya xəstəliyi ola bilər.

Əksliklərin vəhdəti prinsipinə uyğun olaraq isti-soyuq, gecə-gündüz bənzəri ayrı ayrı liflərin bir-birinə dolaşaraq kəndiri əmələ gətirdiyi kimi, bədbəxtlik və xoşbəxtlik də biri digərini tamamlayaraq bizim həyatımızı oluşduran divar daşlarıdır. Ancaq, bizim üçün maraqlısı bunların nisbətidir. Araşdırmalarla müəyyən ulunmuşdur ki, müsbət və mənfi emosiyaların nisbəti 3-11/1 intervalında olmalıdır, yəni beynimizə təsir edən 1 kədərli hala qarşı ən az 3 sevindirici hal olmalıdır, yoxsa  yaşamın dadı qaçır.

İnsanın arzusu (boyük istəyi) həyata keçəndə xoşbəxt olur, adi istəyi reallaşanda rahatlıq tapır. Əks halda kefsizlik, bədbinlik yaranır, uzun sürərsə intihara qədər gedə bilər. Bəs bədbəxtlik və ya xoşbəxtliyi seçə bilmək insanın öz əlində mi, bədbəxtliyi dəf edib xoşbəxt omaq üçün özü bir şeylər edə bilər mi? Tədqiqatlar göstərmişdir ki, xoşbəxtliyimiz 50%-nin irsimizdən (şanslı olmaq, doğuşdan həyata nikbin və ya pessimist baxan olaraq doğulmaq), 10% ortamdan,  40% isə özümüzdən (xoşbəxt olmamız üçün edə biləcəyimiz hər şeydən) asılıdır. Bizim üçün vacib və həm də heç də az olmayan bu 40 %-dir. Deməli, hər şey əlimizdə olmasa da, özümüzdən çox ama çox şey asılıdır. Əgər hər şey qədərdir deyib silahın yalnız səbir olsa, bəlkədə səbirsizlərlə müqayisədə bir şeylər əldə edər, amma çox uzağa gedə bilməzsən. Dahilərimizdən Nəsirəddin Tusi çox gözəl və isabətli demişdir: İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. 

Məqsədimiz, səbəbi nə olursa olsun (obyektiv ya subyektiv) insanın bədbəxtliyi necə dəf etməsi, ya rahatlığa (mümkünsə xoşbəxtliyə) qovuşması yolarını göstərməyə cəhd etməkdir.

Mövcuq olmaqla yaşamağı bir birindən ayıran insan hər şeydən əvvəl özünü dərk etməli, qabiliyyət, becəri, qüsur, narahatlıq və qorxularını tanımalı, ortamın ona verdiyi imkanları araşdırmalıdır. O, əgər rahat (hətta xoşbəxt olmaq) istəyirsə (əlbəttə istəyər, amma istəmək hələ başlanğıcdır), ortamın ona verdiyi imkanlar arasindan özünün qabiliyyət və becərilərinə uyğun olaraq reallaşdıra biləcəyi (sadələşdirsək gücü çatacağı) istək (və ya arzusunu) həyata keşirmək üçün proqram hazırlamalı və onun üçün bütün gücü ilə çalışmalıdır. Əsas məsələ isə məhz bu istəyin (arzunun) düzgün, adekvat (güc və imkanına uyğun) olmasıdır. Yəni, bu arzu dünyanın bir nömrəli zəngin adamı olmaqdan tutmuş, hətta yavan çörəyi boş ver sadəcə su tapmaq da ola bilir. Bir elmi sosioloji tədqiqatda müəyyən edilmişdir ki, məhbuslarda az bir rifahla yaradılan xoşbəxt halı çox bahalıya da olsa zənginlərdə yaratmaq olmur. Deməli, istək və ya arzunun adekvat olması çox ama çox önəmlidir. Təbiət üçün fərdin deyil növün yaşaması maraqlıdır ki, müxtəlif şəraitlərdə növün yaşamını davam etdirsin, təkamül etsin, nəsli kəsilməsin. Buna görə də milyonlarla fərd qədər də müxtəliflik var və hər fərdin özünə məxsus bir üstünlüyü var. Çox çətin və önəmli məsələ, məhz səndə olan bu fərqi (ya fərqliliklərin cəmini) kəşf edib imkanlarınla tutuışduraraq, yaşam proqramını onların əsasında qura bilməkdir. Bəli, bu asan deyil, amma mümkündür. Məhz, bu istəyi (arzunu) reallaşdıranda (“suyu tapanda” və ya zirvəyə çatanda) rahat (ya da xoşbəxt) olacaqsan, bədbəxtliyi (intiharı) unutacaq ya da onu düşünməyə zamanın belə olmayacaq. Çoxları xoşbəxtliyi zənginlik və şöhrətdə görür. Amerikanın tüm zamanların en böyük qadın film ulduzlarından olan Merlin Monro (Marilyn Monroe) zamanında xəyal edilməsi belə çətin olan hər cür şöhrət və varlığa sahib idi, hətta devrin ABD prezidentinin məşuqəsi olduğu söylənilirdii. Ancaq, bu təmtəraq belə onu xoşbəxt etməmiş, öz bahalı villasında intihar etmişdir. Deməli, şöhrət və zənginlik onun üçün xoşbəxtlik mənbəyi deyilmiş.

                                                             M ü x t ə l i f    c ü r    x o ş b ə x t    o l m a q     o l a r

Dövrümüzdə bu işin uzmanları, həkim və psixoloqların önerdiyi məsləhətləri əsas alaraq insanın bədbəxtlikdən xoşbəxyiyə keçməyin metodlarını göstərək:

- Səndən asılı olan (səhv ya günahın) ya olmayan səbəblərdən əhval ruhiyən bərbad vəziyyətdədirsə hər şeydən əvvəl diqqətini yayındırmağa çalışacaqsan. Af uf etməklə, bu bədbəxtliyin təvsilat və səbəblərinə taxılıb qaldıqca vəziyyətin daha da pisləşəcək. Bu anı anlamaq üçün beynimizi səmayə bənzətsək, gündüz günəşin işığı ulduzları görünməz etdiyi kimi bədbəxtlik hissi də beynimizin bütün mərkəzlərini təsiri altına alaraq bütün enrjinizi yox edəcək. Təsəvvür edin ki, barmağınıza dikan batıb və irinləyib, zonq-zonq zokkuldayır, bu ağrıya nə qədər çox diqqət etsəniz onu o qədər dərin və çox hiss edəcəksiniz və daha çox əziyyət çəkəcəksiniz. Bu zaman qaynar su tökülüb ayağınızı yandırarsa elə o barmağınızla da ayağınızı tutacaq,  barmağınızın ağrısını unudub ayağınızla uğraşacaqsınız. Bu o deməkdir ki, beyininizin başqa sahəsində yaranmış ocaq əvvəlkini öz təsiri altına alaraq etkisiz hala gətirəcək və diqqətinizi yayındiraraq barmağınızın ağrısını sizə unutduracaq. Siz qəm dəryasına batanda ayağınızı yandırmaq deyil, şüurlu surətdə ona bənzər effektlə beyninizin başqa bir sahəsində daha güclü bir ocaq yaratmağa çalışacaksınız ki, diqqətinizi yayındıraraq bəbəxtliyinizi sizə unutdursun. Bu bir sərin duş, üzünüzü bədənizi soyuq su ilə yumaq, qaçmaq, idman kimi diqqətinizi yayındıra biləcək hər hansı bir fəaıiyyət ola bilir. Bu sizə bəsit görünə bilir, hətta ilk zamanlar gözlədiyiniz effekt olmaya bilir, ancaq , ciddiyət, titizlikl və inadla təklarsanız işə yaradığını görəcəksiniz. Bu metod stresi yönətmə texnikasıdır. Stres əslində həyatımızın ayrılmaz parçasıdır, ancaq məsələ onu yönətməyi bacarmaqdır ki, bu da bir mərifətdir.

Bizi keçmşimizə bağlayan bağ xatirələrərimizdir, şüuraltımızın dərin qatlarından başlamış keçici yaddaşımıza qədər beynimizdə  kodlanmış minlərlə acılı şirinli xatirələr var. Şüurumuz keçmişdə baş verən ürək ağrıdıcı hadisələri daha tez tez xatırlamağa meyllidir. Bir italiyan ata sözündə deyildiyi kimi, "Dil dişin ağrıdığı yeri yalayır". Əlinizdə bir yara varsa sanki hər şey ona toxunur misalı kimi. Bu əziyyətverici situasiyalardan qurtarmaq üçün əlaqələndirici yaddaşımızı yönəltməklə xoş xatirələrimizi çağıra və əhval ruhiyəmizi yaxşılaşdıra bilərik. Bunun üçün keçmiş gündəliyinizi vərəqləyin, sevimli fotonuzu və ya sizə bağışlanmış bir hədiyyəni tapıb xoş anıları təkrar yaşayın, yeni gündəlik yazın, sizi məmnun edən, tərifləndiyiniz, bəxtinizin gətirdiyi, nailiyyətlərinizin dəyərləndirildiyi anları xatırlamağa çalışın. Proqramınıza daha çox sizi məmnuniyyət gətirən şeyləri (təbiət qoynunda istirahət, kitab oxumaq, sevdiyin yeməyi hazırlamaq) əlavə edin.

- Xoşbəxtliyin əsas meyarı sağlamlıqdır, “Sağlam bədəndə sağlam ruh olar”; BST-ye görə insan sağlığını 10-20 %-ni irsimiz, 50-70 %-ni yaşam tərzimiz, 10-20 %-ni ətraf mühit fakrotları müəyyənləşdirir. Göründüyü kimi,  uzun zaman sağlam yaşaya, dolayısıyla xoşbəxt olmamız 50-70 % bizdən asılıdır. Bunun üçün qısa ipucları (ətraflı bilgi almaq istəyənlər http://zeynisoy.com/tr/valeoloji linkindən oxuya bilərlər): düzgün qidalanmalı, siqaret və aşırı alkoqoldan uzaq durmalı, fiziki aktivlik, köklüklə mübarizə, düzənli yuxu, vaxt aşırı profilaktik tibbi müayinələedən keçməli, günəşdən düzgün yararlanmalı, həkim nəzarəti altında çatmayan vitamin və mikroelementləri qəbul etməli, müəyyən müddətdə ac qalma və ya yeməyi azaltmalı, kontrast duş, сауна və s.

  -Öz qayğınıza qalın, nə çox eqoist nə də çox alturist olmayın. Məsələn, təyyarədəki kimi uşağınız nə qədər sizə əziz olsa da əvvəlcə maskanı ozünüzə takmalısınız. Yəni əvvəl məscidin içi sonra çölü. Siz sağlam olmasanız başqalarına da yaxşı kömək edəməzsiniz, hətta “başqalarına yardım etməm üçün mən sağlam olmalıyam” düşüncəsi sizi mənən daha yaxşı rahatlacaqdır.

- “Sevgi paylaşdıaca çoxalar”,  "Nə qədər sevgi göstərsəniz, o qədər də sevgi görəcəksiniz" müdrik ifadələri düstur kimi qəbul edin. Təmənnasız xeyirxah iş görün, araşdırmalar səxavətli insanların daha çox xoşbəxt olduğunu göstərmiıdir. Papağınızı qabağınıza qoyub düşünün: siqaretə verdiyiniz pulu ehtiyacı olan birinə xərcləsəyərək, nə qazanıb nə itirəcəyinizi hesablayın. Bunu (və ya buna bənzəri ) fəaliyyətləri əyani həyata keçirməyi dənəyin, rahatliq hissi keçirəcəyinizdən əmin olun (kaş bu fikiri siqaret tiryəkisinin şüuraltına yeridə bilsək). Minnətdarlığı haqq etməyə çalişmaq, onu qazanmaq, həmçinin minnətdarlıq etmək həyatdan zövq almaq üçün bir vasitədir.

-İnsan sosial varlıqdır və sosial instinklərə sahibdir. Ətrafımızın əhval ruhiyəmizə deməli xoıbəxt olmamıza çox böyük təsiri var. “Quş qanadı ilə uçar, insan ərtafı ilə tanınar”. Yaxşı cevrə yaratmaq üçün əlimizdən gələni əsirgəməməliyik: etibarlı həyat yoldaşı, qayğıkeş valideyin, sədaqətli dost olmaya qeyrət göstərməli, müxtəlif səviyyələrdə əlaqələr yaratmağa, quruplar qurmqğa çalışmalıyıq. İnsanın dəyəri əsasən ətrafındakılara verdiyi fayda ilə ölçülməlidir. Bu faydalılığın qarşılığını görmək insanı çox xoşbəxt edir. Birlikdə olmanın aurası fərqlidir: təsəvvür və müqayisə edin, bir matçın televizorda təkbaşınıza, bir neçə dostunuzla və ya stadionda izləməyin nə qədər fərqli effekti olur. Zaman zaman “silkələnərək” ətrafınızdakı “toksik” insanlardan təmizlənməkdə də fayda var.

- Hıyatda bizi xoşbəxt edən, çox sevdiyimiz şeylər zamanla adiləşir (əslində bizim hisslərimiz kütləşir), nəticədə bizi daha az həyəcanlandırır və az sevindirir. Əvvəllər yaratdığı həyacanı təzələmək (daha doğrusu hisslərinizi “itiləmək”) üçün həzz mənbələrinizdən  (yeməkdən,  içkidən, televizordan) müəyyən zamanda imtina edin. Təkrar başlayanda nə qədər həzz verici olduğunu hiss edəcəksiniz.

- Zaman zaman özünüzü və xüsusən beyninizi gücə salın (şahmat oynamaq, krassvord həll etmək və s kimi).

- Kənardan sizə verilən məsləhətləri diqqətlə dinləyin, öyrənin, ağlınızın süzgəcindən keçirin, qabiliyyət və imkanınızı dəyərləndirərək öz mətbəxinizin məhsulu edin. Hər hansı bir məsləhətçinin, məşqiçinin, yazıçının tövsiyəsi sizin daxili aləminizlə səsləşərsə sizə faydalı olacaqdır.

- Dəyişdirə bilmədiklərinizi qəbul edin, sahib olduqlarınızın qədrini bilin. Kin, qəzəb, prokrastinasiya (işlərin ertələnməsi) kimi əhval ruhiyəni aşağı salan mənfi xüsusiyyətlərinizlə mübarizə aparın.

Özətləsək, instinktlərini (özünü qoruma, nəsil artırma və sosyal) və mənəvi tələbatını həyata keçirmək üçün özünün xarakteroloji xüsusiyyətlərini (səni sən edən qabiliyyətlər və becərilərini) müəyyənləşdir, imkanların və şəraitinin təmin etdiyi ölçüdə özün üçün (sənə xas) proqram hazırla, onu həyata keçirmək, yəni bədbəxtliyi tərk edib xoşbəxliyə çatmaq üçün ölümünə mübarizə et!