M İ Q R E N
M İ Q R E N
Miqren (hemikraniya, M), birincili baş ağrıları qrupuna daxil olan damar mənşəli paroksismal, təkrarlanan, zonklayan baş ağrısı (BA) tutmaları və digər müxtəlif və dəyişən simptomlarla keçən xəstəlikdir. Ümumi BA-nın 10%-ni təşkil edir, 5-8 və 45-50 yaşlarda nisbətən az, 10-20 yaşlarda daha çox rastlanır. Qadınlarda daha sıxdır. Səbəbi tam bilinmir. Etiopatogenezi izah etmək üçün damar, trigemino-damar və neyrojenik nəzəriyyələr irəli sürülüb. Son araşdırmalara görə, mərkəzi sinir sistemində çox təsirli bir maddə olan serotoninin səviyyəsi azalır, neyrotransmitterlərin reseptorlara və onların neyrovaskulyar nəzarət balansı pozulur. Nəticədə kəllədaxili və ekstrakranial funksional dövran pozğunluğu miqren klinikası yaradır.
M-in yaranması və gedişinə təsir edən amillər
- 60-80% halda irsi meyllik;
- Ruhi vəziyyət: stress, qəzəb, depressiya, narahatlıq, məyyusluq, həyəcan;
- Vasvası, çox punktual, həddindən artıq nəzarətçi, obsesif xarakter;
- Alışılmış həyatın ritmində kəskin dəyişikliklər (yuxusuzluq, həddindən artıq yuxu, gərginlik, cinsi əlaqə);
- Gidalar: tərkibində tiramin (pivə, qırmızı şərab, turşu, pendir), nitrit, qlutamat, şokolad, qaymaq, qatıq, yağlı qidalar, qoz, fındıq, fıstıq, banan, portağal, pomidor, soğan, maş, bibər, kalbasa,kürü), soyuq qidalar (dondurma və s.);
- Travma, parlaq işıq, yüksək səs, kəskin qoxu;
- Hormonal: menstruasiya, hamiləlik, oral kontraseptivlər, menopoz, hormon terapiyası;
- Metabolizm pozğunluğu (hiperlipoproteinemiya və s.), qan xəstəlikləri (polisitemiya vera, trombositopeniya);
- Vazodilatatorlar, erqotamin və ya kofeinin həddindən artıq qəbulu;
- Hündürlük və mövsüm dəyişiklikləri.
K l i n i k a s ı
M-in şiddəti, tezliyi, müddəti dəyişkəndir, lokalizasiyası 75% birtərəfli olur. Tutmalar ürəkbulanma, qusma və digər mədə-bağırsaq pozğunluqları, foto və fonofobiya, görmə pozğunluğu ilə müşayət oluna bilər. Gedişində 4 mərhələ ayırd edilir:
- P r o d r o m - yorğunluq, vegetativ simptomlar, şüur və əhval-ruhiyə dəyişikliyi baş ağrısından saatlar və ya günlər əvvəl görünə bilər.
- A u r a - həmişə olmayan, əsasən BA-dan əvvəl (lakin ağrı zamanı və sonra da ola bilər) ortaya çıxan fokal və çox vaxt vizual (işıq parıltılar) əlamətlər.
- BA tutması- adətən birtərəfli (az hallarda hər iki tərəfdə də) ola bilən, saatlarla və ya həftələrlə davam edən zonklayan ağrı davam edir.
- P o s t d r o m - şiddətli tutmadan sonra əsəbilik, yorğunluq, narahatlıd bir sürə də davam edə bilər.
N ö v l ə r i
- A u r a l və ya k l a s s i k M, xəstələrin 10%-ni təşkil edər, əsasən səhər yuxudan qalxandan 5-30 dəq sonra hissi () və və ya motor () auralarla başlar, sonra zonklayıc baş ağrısı inkişaf edər, ardınca ürəkbulanma və qusma qoşula bilər. Tutmadan sonar ağrı yerində hiperesteziya (toxunmaq belə şox natahat edir), xəstədə umumi yorğunluq müşahidə olunur.
- A u r a s ı z (sadə) M, xəstələrinin 80-85%-ni təşkil edər, ağrı daha yüngül olsa da daha uzun (4-72 saat) sürər.
- O f t a l m i q M, ağrır saatlar və hətta günlər əvvəl başlar, bəzi hallarda digər kəllə-beyin sinirlərini (3, 4, 5 və 6-cı) etkilər. Bu vəziyyət gün hətta həftələrlə davam edəbilər.
- B a z i l y a r M, nadir olur, bazilyar arteriya spazmı ilə əlaqəlidir. Tutma zamanı ataksiya, diplopiya, başgicəllənmə, tinnitus, bəzən şüurun pozulması müşahidə olunur.
- R e t i n a l M, BA ilə bərabər monookulyar skotoma və tutma xarakterli korluq ola bilər.
- A s e f a l i k M (miqren ekvivalentləri), az hallarda ağrı əvəzinə ürəkbulanma, qusma, ishal, taxikardiya, başgicəllənmə, letargiya kimi ekvivalentlər müşayiət edilir.
- U ş a q l ı q M, tutma şəkilli sancı, hüzursuzluq, psixotik dəyişikliklər olur.
M tutmaları beyin damarlarında güclü spazm olarsa postmigrenoz keçeci işemiya yarana bilər ki, nəticədə həftə sürəbilən hemiplegiya, hemihipoesteziya, dizartriya, afazi kimi ciddi poğunluqlar yaranar. Az hallarda müalicə düzgün aparılmazsa 72 saatdan uzun sürən M statusu da inkişaf edə bilər.
D i a q n o z u
M simptomları çox dəyişkən olmaqla kəskin xarakterikdir. Əgər, aura ilə başlayan, ayda 2-5 dəfə təkrarlayan tutma şəkildə zonklayıcı, orta və ya ağır dərəcə, əsasən birtərəfli, məşq zamanı şiddətlənən, vegetativ pozğunluqlarla (ürək bulanması, qusma, fotofonofobiya və s.) müşayiət olunan, 4-60 dəqiqə davam edə bilən baş ağrisi varsa M diaqnozu qoyulurr. Ancaq, bənzər əlamətlər törədə bilən hallarda başqa xəstəliklər diferense edilməlidər. Bunlardan GEB (sıxılma, ikitərəfli, yüngül və orta dərəcədə, 30 dəq - 7 gün sürə bilər); KBA (kişilərdə qadınlara nisbətən 16 dəfə çox rastlanan, 0,5-3 saatdan az sürən, həmişə birtərəfli, retrobulbar ağrı, mösüm xarakterli, gündə 1-8 dəfə təkraralaya bilən, 40-50 yaşlarında daha tez tez rastanan, lakrimasiya, burun tıkanıklığı olə müşayət olunan); Yüksək qan təzyiqi; Oksipital əzələlərin sərtliyi; BDX (şüur pozğunluğu, fokal nevroloji çatışmazlıq və s); Hidrosefaliya (kəllədaxili təzyiqin artması, mədəciklərin genişlənməsi, zehni və postural dəyişikliklər); Beyin şişi (səhər baş ağrısı, qusma, getdikcə pisləşmə və s.); Müxtəlif infeksiyon xəstəliklər (yüksək atəş, infeksiya əlamətləri); Sinusitlər (yuxarı tənəffüs yollarına xarakter əlamətlər) və s.
M ü a l i c ə s i
M çox mürəkkəb gedişlərə malik xəstəik olduğundan hər xəstəyə fərdi yanaşılmalı və müalicə kombinə şəklində aparılmalıdır. Məsləhətdir ki bir mütəxəssisin nəzarəti altında olunsun. Müalicəsində müxtılif qrup dərmanlardan və qeyrifarmikoloji metodlardan istifadə edilir. M-nin gedişi, ağırlığı, tezliyi və s.-dən asılı olaraq tutma zamanı təcili tədbirlər (Abortiv müalicə), triqqerlərin önlənməsi (və ya yumşaldılmasI) və profilaktık (Preventiv müalicə) tədbirlər yerinə yetirilir.
А b o r t i v müalicə: kəskin ağrını aradan qaldırmaq üçün qaranlıq, sakit və sərin bir yerə çəkilib başa soyuq qoumaq, tənəffüs, meditasiya, autogen məşq texnikaları ilə rahatlamağa çalışmaq. Həkim təyinatı əsasında ağrı, bulantı, qusma əleyhinə dərmanları vaxtında qəbul etmək.
P r o f i l a k t i k müalicə: Məqsəd tutmaların şiddəti, ağırlığı və tezliyini azaltmaq, xəstənin yaşam keyfiyətini yaxşılaşdırmaqdır. Bunun üçün hər şeydən əvvəl xəstəliyi tanımağa çalışılmalı, məs., auranın xarakter xüsusiyyətləri, tutmaları tətikləyən səbəbıər, yəni triqqerlər öyrənilməli. Xəstələrin 75%-ndə çox rastlanan triqqerlər: fiziki və ya emosional gərginlik, qırmızı şərab, şkalad, yuxu pozğunluğu, ətir, siqaret dumanı, parlaq işıq, güclü səs, aybaşı və s. Bu cür triqqerlərdən qaçmaq və xəstəliklə mübarizə üçün məsləhətlər:
- Sağlam həyat tərzi (sağlıqlı və düzənli qidalanma, həftədə ən az 150 dəq məşq, zərərli vərdişlərdən uzaq durmaq, gündə 3-6 stəkan təmiz su içmək, düzənli yuxu).
- M-ni tətikləyən yanaşı xəstəlikləri müalicə etdirmək.
- Xəstəlik üzərində kontrolui artırmaq, müalicənin effektliyini müşahidə etmək üçün gündəlik tutmaq.
- Özünüdərk (xəstəliyinizi tanıma, imkanlarınız öyrənmək və səfərbər etmək üçün autogen məşq, koqnitiv davranış terapiyası, tənəffüs texnikaları, meditasiya metodları ilə (özünüidarə) stresi, gəginliyi azaltmağı, sonda ağrıya qalib gəlməyi öyrənməyə çalışmaq.
-Xəstəliklə mübarizədə orqanizmanı gücləndirmək üçün qida əlavələri (vitamin, mikroelementlər, probiotik və s.) qəbul etmək.
- Doğru, düzənli boyun məşqləri etmək.
- Akupunktur, boyun və nöqtə masajları tətbiq etmək.
M m ü a l i c ə s i n d ə i s t i f a d ə o l u n a n d ə r m a n q r u p l a r ı
- Ekstrakranial vazokonstruktorlar (erqotamin, sumatriptan və s.).
- Ağrıkəsicilər (asetaminofen və b.).
- Serotonin antaqonistləri (metisergid, pizotifen, siproheptadin və s.).
- Adrenergik reseptor blokatrları (propranolol və b.).
- Antidepresantlar (amitriptilin, nortriptilin, trazodon və s.).
- Ca kanal blokatrları (flunarizin, verapamil, diltiazem və s.).
- İƏQSD-lər (naproksen, aspirin, diklofenak və s.).
- Antikonvulsantlar (топирамат, valproat, karbamazepin və s.).
- Antiemetiklər (prometazin, trimetobenzamid, metoklopramid və s.).
- Trankvilizatorlar (diazepam və s.).
- Neyroleptiklər (tizercin və b.)
- Narkotiklər (kodein, pentazosin və s.)
- Kombinə preparatlar: cafergot, ergofein, avmigran, geralgine-K və s.
- MAOİ-lər (selegilin, maclobemid) .
- CGRP blokatorları: erennumap, qalkanezumap, epitenazumap (1-3 ayda bir inyeksiya).
- İnnavasion dərmanlar: qepant, ditan.
A k u p u n k t u r a
Ta qədimdən Çin, Yaponiya, Koreyada, sonralar bütün dünyada geniş yayılan bu alternativ (tamamlayıcı) metodu M müalicəsində istifadə olunur. Təsirində mifoloji və elmi əsasını tapmayan enrji (çi, in, yan) təməlli kanal və nöqtələr deyil, bədəndə aktiv sinir uclarına təsir edərək (reflex) effekt verdiyini düşünürəm. Bu gün sübutluluq dərəcəsi zəif olsa da və umumi konsensus olmasa da bir çox tədqiqatlar düzğün şərtlər daxilində aparılarsa faydalı olduğunu təsdiqləyir. Əsas məsələ aktiv nöqtələrə iynə, isti, elektrik, yapon şarikləri, dərmanla təsir etməklə verilən qıcıqlara reaksiya: yerli adenozin və sitokinlər ifrazı, həmçinin trigeminal və onurğa beyni dorsal neyronlarında və mezensefalonda GABA, enkefalin, endorfin və somatostatin kimi neyroaktiv maddələrin aktivliyini artıraraq təsir edir.