+994503578952 drzeynili@gmail.com

Cıxlımazdan “çıxış”

Həyatı anlamaq üçün çox çabaladım,

Heç fərqində olmadan altmışıma vardım.

Amma, biləmədim kimdir,

nədir bu dünya,

Yaradandır yoxsa yaradılandır

bu dünya.

Sanki, dünya, hərəkətdə olan bir qatar,

Kimsə tapmadı,

Hardan gəlir?

Gedir hara?

Bizdən sonra qalan,

daim hərəkətdə olam bu qatar.


Bunları dərk etməyə

nə mənim,

nə sənin,

nə də kimsənin gücü çatar.


Enində sonunda bu fikrə gəldik biz də,

Bildiuimizlə kifayətlənək.

Çox da dərin düşünməyək.

Elə səthdə üzək.

Yoxsa bataraq boğularıq,

Öz düşüncələrimizdə.


(- Necə, necə? -Elə beləcə).

Qeyd: şerdən başı çıxan birisinin mənim bu cızma qaralamamı oxusa (ama, oxusa) və  “bu nə forma şerdir?” deyə düşünsə, onu qınamam. Amma, cavabsız da qoymam: - Hər hansı bir “forma” (ən təkmil variantda belə) nə zamansa olmayıb, yəni onu kimsə yaradıb. (Amma, gerçekden mənim məqsədim nə isə bir şer forması yaratmaq deyil, fikrimdəkiləri ifadə etməkdir. Ehtimal edirəm ki, bu sərbəstlik nə vaxtsa mənim kimi birisinin işinə yarayacaq yəni çətini asanlaşdıracaq). (Aprel 2006)


 Azadlıq və ölüm

Ey xalqım! Kölə kimisən, mübarizəyə heç həvəsin görünmür, 

Açıq hava məhbəsindəsən, ancaq ki, dəmirdən qəfəsin görünmür.

Azadlıq verilmir, alınır, ölüm bahasına olsa belə.

Ancaq mən ölümə getməyini deyiləm istəmiş,

Ustad “Ölümdən qorxmayan millətə ölüm yoxdur” demiş.

Ölümünə mübarizə ölüm deyil hələ

Tam tərsinə,

yaşamaqdan ötədir belə.

Ölüm zatən qaçınılmazdır, sən də bir gün öləcəksən.

Calış ki, o da başqalarının arzusu ilə deyil,

Sənin istədiyin zamanda, amalın uğrunda,

Arzuna  çatamaq üçün ölesən!


Yaşam türküsünün son akkordlarıdır ölüm.

Demək ki, yaşamın davamıdır ölüm,

Arzunun, amalının yaşamıdır ölüm.

Yaşamaq üçün ölümünə mübarizə etmək,

əsil yaşamaq olsa gərək!

Kamikadze yarada bilən millət,

Heç vaxt ölməyəcək, demək!

(Oktyabr-Noyabr 2009, Naxçıvan)


       Seçim Arzusu

Soruşsalar məndən:

- Nədir, ən böyük arzun?       

- Mənə seçmə imkanı verin,

deyərdim.

Dostlar içindən dostumu,

Öz həyat yolumu,

Qızımı və oğlumu,

Ağamı, həm də qulumu,

Ölümü ya da olumu,

Özüm seçmək istərdim.

(Fevral, 2010, Naxçıvan)


       Daş

Daş dyib keçmə arkadaş,

Bir dayan, düşün,

gör daşdan nələr yaratmış heykəltəraş.


Daş, eşidəndə xəyalımızda daşlaşan əzəmət,

Ona yüklənən mənalara, mənalarda çalarlara  diqqət.

Azca maraqlansan basacaq səni heyrət,

Anlamaq üçün bir az zəka bir az da qeyrət.


Böyük Məmməd Araz  dünyaya boylandı Çadırdaşından,

 Qəmli və həzin Araz yaratdı karandaşından.

Qayalara yazılan səsi, hətta “daş harayı” duydu daşdan,

Qayaları sinəyə çəkdi, mamır olub qayada bitdi,

Suyu yandıran daş altinda aranmağı tövsiyə etdi,

Qəlbi daşlaşmış hər birimizi

cilalayıb vətəndaş etdi.


Xalqın ona atdığı (xalq atdı deyə) daşı

 öpüb gözü üstə qoydu Elçi BƏY,

Daşı  yüngülləşdirib söz,

 ağırlaşdıraraq, müqəddəslişdirərək

dərin məna yaratdı Elçi BƏY.


İndi yaltaqlıq, acgözlüyü meyar bilib, milyardlara sahib olan var,

Müəllim, həkimi və yazıq milləti soğan simi soyan var.

Bax elə bu səbəbdən,

Musa Yaqubun qara daşı göyərmir,

milli mülkü talan var.

Daşlar çox başlar qanatdı,

daşların əzabı İsadan Allah yaratdı.

Musa Yaqub Kamyuya daş atdı,

Mən dedim çatmadı, sən dedin çatdı.

Sizif allahlarla savaşdı, əzab ölçüsü  daş oldu,

əsrlər boyu çözülə bilməyən problemdən

əsatir yaratdı.

Əli Kərim atılan daşı ox etdi,

Bununla başlayan tüfəng, bomba, atom savaşına nifrət etdi.

Ulu babalarımızın məktubu bizə gəmiqayalar,

qobustanlarla yetdi.

Uşaqlaqdda, beş daş oynamaqla daşla tanışdıq

Nağıllardan elçilər oturan elçidaşla tanışdıq

Sonra kirkira, dəyirman daşı, tərəzi daşı,

ocaq daşı, su daşıyla dostlaşdıq

Daş üstə daş qoyub qala, qəsr, evlər yapdıq. 

Daşla birləşib qardaş, yoldaş,

sirdaş, yurddaş, vətəndaş olduq.

Daş da bizimlə birləşdi,

böyrəyimizdə, ödümüzdə məskən saldı.

Sonra məcaziləşdi, “başımız daşdan daşa dəydi”,    

daş qəlbli insanlar formalaşdı,

ürəyinə daş basanların kirpiklərindən daş asıldı.

Ən sonunda, son məkanda, məzardaşı baş oldu.

Daşlar ya tektonik ya da vulkanik yolla

yaranan dağların balaları, Hara dönər dönsün,

istərsə də əzəmət mücəssəməsi görünsün,

yenə də torpaqdır anaları...

Mən şairlik iddiasında olub şeir yazan deyiləm, bu mənim fikirlərimi ifadə tərzimdir.

                                                                                                                        06.2024.


       Tələbədaş


Gəlin, sözü bir edək,

hər il bugün həp xatırlayaq bir birimizi.

Son birimiz qalanadək

unutmayaq

unutdurmayaq tələbəlik xatirələrimizi (illərimizi).

Acımasız dünyanın acığına,

amansız təbiətin inadına,

İnad edəlim,

son birimiz qalana qədər,

bir birimizi  yad edəlim.


50 ilin yaratdığı qocaman boşluğu,

beynimizdəki xatirələrlə bəzəyək,

Yad daşlığı tələbədaşlığa çevirib,

o günlərin səmimi ünsiyyəti ilə əvəzləyək.

Kim bilir bəlkə də onlarla günlər kimi,

tələbədaş günü də daşlaşaraq tarixə keçəcək,

Gayğısız tələbəlik illərini özləyən milyonlar,

bizim özülünü qoyduğumuz

məhz bu günü seçəcək.

Tələbədaş, qrupdaş!

Sonunda daş var,

dyib keçmə arkadaş.

Gör daşdan nələr yaratmış

və hələ də yaradacaq heykəltaraş

Olursa qardaş, sirdaş, tərəfdaş,

məsləkdaş, yurddaş, vətəndaş,

hətta Lenin yaratdığı  yoldaş,

Axı niyə olmasın tələbədaş, qrupdaş.

Ağız əyib, dodaq büzüb

demə olmaz.

Mənə səbəbini aydınlat bir az.

Gəlin yeni sözlər yaradaq,

zənginləşdirək dilimizi

Məhşurlaşdıraq qrupumuzu, buraxılışımızı, elimizi.

Əllərimizi qoyaq Taryel qaldırdığı daşın altına

Unutdurmayaq, yaşadaq məzun ilimizi.

Qoy hammımızın bu qazanda olsun aş duzu,

Özü də Naxçıvanın Duzdağından daş duzu.

                                                                        Oktyabr 2022