300-ə yaxən səbəbi olan baş ağrıları Dünya Baş Ağrısı Cəmiyyəti tərəfindən 3 qrupda 14 başlıq altında təsnif edilmişdir. Bunlardan ikincili qrupa daxil edilən baş ağrıları kəllə-beyin, göz, qulaq, burun, ağız və boynun travma, infekyon, damar, degerativ, zərərli maddə qəbulu və ruhi səbəblərdən yaranan çox müxtəlif xəstəliklərin bir simptomudur. Birincili qrupa çox rastlanan Miqren (bax), Gərginlik və Klastr baş ağrılarından bəhs edəcəyik.
Gərginlik baş ağrısı
Gərginlik baş ağrısı baş ğrılarının 90%-ni təşkil edər. O boyun, çiyin və baş əzəzlələrinin gərilməsi ilə başlayan, başı çənbər kimi sıxaraq gözlərə qədər yayılan, yüngül və orta şiddətli küt ağrıdır. Ağrılar 30 dəq-dən 7 günə qədər davam edə bilər. Bu zaman işıq və səsə həssaslıq artar, diqqəti cəmləşdirmə çətinləşər, yuxu pozular. Gərginlik bəzən çiyinlər, onurğanın yuxarı hissəsində hərəkət məhdudluğu və sərtlik yaradar. Çox zaman stresdən sonra istirahət zaman və ya günün sonunda əzələlər yorulduğu zaman başlar.
Əmələ gətirən səbələrdən psixo-fiziki stres, depressiya, çox tez tez həyəcanlanma, yuxu pozğunluğa, göz əzələlərinin uzun müddət gərilmə və yorğunluğu, papiros çəkmə, həddən çox kofein qəbulu, baş və boyun travmaları. Dik duruş olmaması, yəni oturanda, yeriyəndə, maşın sürəndə və b. baş və çiyinlər önə əyilmiş olması əzələ və bağların daim dartılması, oynaqların sıxılması sayiəsində qan dövranı pozulması ağrıların yaranmasına zəmin yaradır.
Müalicəsində soyuq ya isti kompres, boyun-baş məşqi, masaj, stresi idarə etmək, həkim təyin etdiyi dərmanları qəbul etmək. Əlavə olaraq sağlam həyat tərzi, duruşunuzu düzəltmək, düzənli yuxu.