+994503578952 drzeynili@gmail.com

Vitamin D haqqında

Vitamin D (Vit D) məsələsi bütün dünyada, elimi-tibbi tədqiqatçılar və praktik həkimlər, həmçinin mövzu üzrə ekspertlər arasında konsesnsusa gəlinə bilinməyən tibbi probblemdir. Vit D ilə əlaqəli təkcə Google aramasında yarım milyarddan çox məlumat, PubMed-de (ABŞ Milli Kitabxanasının bio-tibbi elmi veritabanı) 120 000 resenziyadan keçmiş elmi məqalə görünür. Bu qədər çox çalışmalara baxmayaraq hələ də aydın olmayan, mübahisəli məqamlar çoxdur, hətta onun adı və aidiyatı belə mübahisəlidir. Çünki, o, vitamin qrupuna aid edilsə də, əslində vitamin deyil, ona görə ki, o vitaminlərdən fərqli plaraq orqanizmdə sintez ola bilir. Digər yandan, əvvəllər, onun yalnız Ca və fosfat mübadiləsini tənzimləyərək sümük toxuması və dişlərin şağlam inkişafını təmin etdiyi düşünülürdüsə, son tədqiqatlara görə çox aktiv bir hormon funksiyası yerinə yetirərək beyin, ürək də daxil 40-dan çox orqanda yerləşən Vit D reseptorları (mVDR) vasitəsi ilə və 2500-dən çox genə təsir edərək orqanizmin çoxsaylı vacib funksiyalarını tənzimləyir. Bu səbəbdən də onun insan sağlamlığında, xəstəliklərin yaranması və müalicəsində oynadığı rol sanıldığından çox vacib və əvəz ediməzdir, eyni zamanda anlaşılması da o qədər çətindir. Maraqlısı da budur ki, bu qədər dəyərli bir dərman təbiət tərəfindən insana verilmiş böyük nemətdir. Sadəcə onu dərindən öyrənib düzgün tətbiq edilməsi lazımdır. Müxtəlif, çox həcmli lokal və qlobal tədqiqatlar və metanalizlərlə (ümumiləşdirmələrlə) müəyyən edilmişdir ki, bütün dünyada yaşlıların 60 %-ndə Vit D defisiti mövcuddur. Bir qədər konkretləşdirsək ölkələr üzərə bu rəqəm Rumıniya və Иранda 80, Çində 75, Tütkiyə və Пакистанda 73, ABŞ və Mərkəzi Avropada 60, İngiltərədə 66 faizdir. Azərbaycanda obyektiv dəqiq bilgi əldə etmək mümükün deyil, ancaq mənim rast gəldiyim bütün analizlərdə səviyyə aşağı olub.

Bu cür defisitin səbəbləri çoxdur, onlardan ən başlıcası isə insanoğlunun günəşdən düzgün yararlanmamasıdır. Günəşin orqanizmə faydalı təsiri yaşayış yeri, günün vaxtı, şüaların meyillilik dərəcəsi, ətraf mühit  (bulud, çən, tozlu hava və s.), açıq havada olma müddəti, siqaret çəkmək, köklük, geyim, yaş, cins, dərinin rəngi və qalınlığı, genetik xüsusiyyətlər, istifadə edilən 15 faktordan çox qoruyucu krem kimi amillərdən asılıdır. Bunlara əlavə olaraq düzğün qidalanmamaq, bəzi xəstəliklər, qəbul edilən dərmanlar digər təbii yollla Vit D almamıza mane olur. 

Son zamanlar müəyyənləşdirilışdir ki, Vit D defisitinin başqa bir səbəbi də genlərdə mutasiya və ətraf mühitin (infeksiya, həyat tərzi, mikroelement disbalansı) təsirlərindən Vit D rezistentliyinin (VDRez- VDRES) yaranmasıdır.

Beləliklə, bu çoxsaylı səbəbləri dərindən öyrənib mənimsəyə bilsək, bizdən asılı olanları aradan qaldırmaqla Vit D defisitini azaldar, sağlamlığımıza böyük fayda verə bilərik. 

Məni bu məqaləni yazmağa məcbur edən əlimçatan mənbə və xüsusən internetdə Vit D ilə əlaqəli bilgilərin çox qarmaqarışıq və ziddiyətli, xüsusən də azərbaycan türkcəsindəki məlumatın çox zaman tamamilə səhv olması olmuşdur. Bu məqsədlə uzun müddətdə 300-də çox mənbədən istifadə edərək ən son, elmi sübutluluq dərəcəsi yüksək, daha praktik və sərfəli bilgiləri maraqlananlara çatdırmaq istədim.

Vit D haqqında elmi məlumat. O, yağda həll olan vitamin qrupuna aid edilən, müxtəlif forma və aktivlikdə maddələr toplusudur. Bunlardan önə çıxanlar: bitki mənşəli Vit D2-erqokalsiferol, heyvan mənşəli Vit D3-xolekalsiferol, qan analizində təyin edilən Kalsidiol-25(OH)D, orqanizmdə aktiv forması Kalsitriol-1,25(OH)D. Vit D-ni 90 %  günəşin dəriyə təsirindən (ona “günəş vitamini” də deyilir), qalan və ya çatmayan hissəni onunla zəngin qidalardan, kimyəvi yolla alınan qidaya əlavələrdən alınır. Günəşin dalğa uzunluğu 280–320 нм UF-B şüalarının təsiri ilə dərinin bazal qatındakı keratinosit və fibroblastlardan provitamin 7-дегидрохолестеринdən qeyri fermentativ yolla labil рrevitamin D3 yaranır. Bu previtamin şüanın intensivliyi və istilikdən asılı olaraq qeyri stabil lyumisterol və taxisterinə çevrilə bilən ara formadır. Bu labillik ana təbiətin tərəzisidir ki, Vit D qanda ani artaraq hipervitaminoz yaranmasını önləyir. Epidermada yaranan endogen Vit D3 qana qarışır. Digər yandan qida və ya əlavə ilə bağırsağa gələn və oradan silomikron şəklində limfa ile venaya keçən D3 və D2 ilə birlikdə albuminə qoşularaq qara ciyərdə 25 hidroksilaz enzimi təsiri ile kalsidiola [25(OH)D] çevrilir. Kalsidiol isə böyrəklərdə 1-alfa hidroksilaz enzimi təsiri ile aktiv sekosteroid yəni kalsitriola [1,25(OH)2D] çevrilir. Bu çevrilmədə PTH (paratireoid hormon) stimuləedici, Ca ləngidici rol oynar. Vit D qrupun ən vacib və aktiv üzvü kalsitriolun təsiri 2 fərqli, qenom və qeyri-qenom yolla olur. Qenom yol fenotipimizdəki qenlərin 3 %-nin цитозоль reseptorlarına (Vit D receptor- VDR) və qeyri-qenom isə müxtəlif hüceyrələrin membran reseptorlarına (mVDR) bağlanaraq onları aktivləşdirir.

Yəni, кальцитриол beyin, ürək, dəri, sümük daxil 40-dan çox orqanda olan Vit D reseptorlarına bağlanaraq genlərimizin vacib funksiyalar yerinə yetirən zülallar sintez etməsinə səbəb olur, qeyri-genom yolla isə hüceyrə membranındakı ion kanallarını açmaqla hüceyrə daxili kinazları (fermentləri) aktivləşdirərək bir     sürü tənzimləyici reaksiyalar kaskadını başladır. Anlaşılması asan olsun deyə fizioloji və klinik effektləri iki qrupda təsvir edilir: «классик» olaraq həzm sistemində (əsasən nazik bağırsaqda) Ca və fosfor абсорбsiyasını artırmaq, böyrəklərdə Ca itkisini azaltmaqla Ca və P hemostazını tənzimləyir, sümük və dişlərin möhkəmliyini artırır, insulin dirəncini və  parathormon azaldır və s. «Klassik olmayan» effektləri isə, böyrəklərdə renin ekspressiyasını tormozlayır, immun və şiş hüceyrələrininin ekspressiyasını tənzimləyir, ürəkdə hipertrofiyanı zəiflədir, neyropsixoloji davamlılığı artırır, plasenta, sümük iliyi, prostat, uşaqlıq və s. orqanların müxtəlif patologiyalarına qarşı müqavimətini artırır.

Kаlsitriol aktiv maddə kimi nə qədər informativ olsa da, onun qanda miqdarının kalsidioldan min dəfə az oması, qan dövranında qısa müddətdə qalması və təyininin çətin olması səbəbiiylə adətən analizdə kalsidiolun (25(OH)D səviyyəsi məyyən edilir. Qeyd etmək lazımdır ki, Vit D-nin qanda miqdarının təyini həssas analiz olduğundan dəqiq təyin olması çətindir (hələ hələ bizim laboratoriyalar), ən dəqiq analizlərin yanlışlıq payı 25-35 %-dir. Digər yandan kalsidiolun səviyyəsi ilə də orqanizmdə Vit D-nin mürəkkəb və hələ tam araşdırıla bilinməyən proseslər arasında korealasiya (əlaqə) dəqiq bilinmir. Həm də Vit D analizi bahalıdır. Bu səbəblərdən ciddi ehtiyac olmazsa, yəni ciddi tibbi göstəriş olmasa analiz edilməsi rasional deyil.

Vit D-ni günəşdən almamız çox sərfəlidir. Ancaq, yuxarıda sadalanan səbəbləri nəzərə almaq çox vacibdir. 38-42° şimal en dairəsində yaşayan gənc və orta yaşlı biri, həftədə 2-3 defə el, üz ve qolları açık olaraq 5-15-dəq güneşdə qalsa təxminən 1000 BV Vit D qazanmış olar ki, bu da ehtiyacı qarşılar; bu şərtlərdə bədənin 50 % günəşlənərsə 3000 BV Vit D almış olar. Əgər günəşin minimal eritama (yəni 24 saat ərzində dəridə qızartı yaradan) dozasına məruz qalınarsa 10-20 min BV endogen  Vit D sintez ounar. 70 üstü yaşlıların dərisi 30 yaş altı olanlara  göre 4-5 dəfə az Vit D yaradar. Azərbaycanda rast gəldiyim müxtəlif həkimlər (xüsusən TV-lərdə çıxış edən) və veb saytlarında (məs.: saglamaile.az, remedi.az və s.) Vit D alınması üçün günəşdən yararlanma saatları yanlış tövsiyə edirlər. Belə ki, VitD-ni  sintez edən dalğa uzunluğu 280–320 нм UF-B şüasıdır və maksimium təsiri günəş zenitdə, yəni şüanın dik düşdüyü zamanda olar. Müəlliflərin idda etdiyi kimi, səhər və günortadan sonra dalğa uzunluğu 320–400 нм UF-A şüaları daha təsirli olur və melaninin yaratması hüsabına dərinin qaralması (solyaridə oldiğu kimi)  çox olsa da Vit D çox əmələ gəlmir.

Vit D təmininin ikinci yolu onunla zəngin qidalar qəbul etməkdir. Ekzogen Vit D heyvan mənşəli холекальциферол (Vit D3) və bitki mənşəli эргокальциферол (Vit D2) olur. Vit D3 daha çox yağlı balıqlar (qızılbalıq, treska, sardina, scumbriya, tonbalığı və s.), yumurta sarısı, kürü, süd, pendir, kərə və maye yağlar, ət, mal q/c, qatıqda olur. Vit D2 şitaki və ağ təbii göbələk (istixana şampinonları deyil), cəfəri, gicitkan, yonca, yulaf, şirin katofda olur ki, bu da UF-B-nin təsiri ilə yaranır.

Vit D çatmazlığını aradan qaldırmanın digər yolu kimyəvi yolla əldə edilən Vit D3 və D2 qida əlavələridir. Vit D 3 qoyun yunundan alınan lanolin, D 2 isə bitkilərdən əldə edilən sterollardan süni yolla sinrez edilir. Vit D3 daha təsirli və yaxşı mənimsəniləndir. Onun piyasada 10 000, 20 000, 50 000 və 100 000 BV dozalarında damcı, tablet, kapsul, sprey, iynə formaları var. 1 BV Vit D3=0,025 mкг, yəni 1 mкг-da 40 BV, 1 мг 40000 BV; 1 мл-də isə 15000 BV Vit D3 olur. Qanda ölçü vahidi (yəni kalsidiolun-(25(OH)D miqdarı) nq/ml-dir (1nq/ml=2,5nmol/l). Bilmək lazımdır ki, qidaya əlavələr, dərman hesab olunmadığından keyfiyyətinə nəzarət yüksək səviyyədə deyil, ona görə alanda çox diqqətli olmaq lazımdır. İşbazlar bu cür vəziyyətlərdən məharətlə istifadə edə bilirlər. Hər beş metrdən bir aptekin olması heç də təsadüf deyil. Alarkən, etiket məlumatlarını yoxlayın, məhsulun qablaşdırılması və keyfiyyətinə diqqət edin, bunları təsdiqləyən GMP sertifikatına (Good Manufacturing Practice-Etibarlı İstehsalat Təcrübəsi) və ya üçüncü tərəf laboratoriya testlərinə malik olmasına fikir verin. Etibarlı və tanınmış brendlərin məhsullarını və tanıyıb güvəndiyiniz aptekdən alın.

Son zamanlar Vit D defisitini önləmək və qəbulunu asanlaşdırmaq məqsədi ilə süd, portağal şirəsi və taxıl kimi bəzi qidalar D vitamini ilə zənginləşdirilir. Bir TV kanalında bir professor “portağal şirəsi Vit D ilə zəngindir” dedi, ancaq portağal sirəsinə Vit D əlavə edilərsə olar, yoğsa portağalda Vit D yoxdur.

Bəzi müəlliflər ərəfindən Vit D ilə kəskin zəhərlənmənin  olması yazılsa da sübutluluq dərəcəsi çox aşağıdır. Belə ki, uyğun şərtlərdə günəş təsirindən yaranan 20 000 BV belə zəhərlənmə əlamətləri göstərmir. Digər yandan ABD-də aparılan bir araşdırmada 26000 yaşlıya 5 ildən çox müddətə 2000 BV verilmiş ancaq toksiklik aşkar edilməmiş. Ancaq, hiperkalsemiya, hiperkalsiuriya və PTH azlığı zamanı kontrolsuz qəbul edilən Vit D zərər verə bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, Vit D çöx və mürəkkəb funksiyalar daşıdığından minlərcə elmi-təcrübi araşdırmalar aparılmasına baxmayaraq  hələ də aydın olmayan tərəfləri çoxdur, mübahisə və fikir ayrılıqları davam edir.

Məsələn, həyatını Vit D-yə həsr etmiş, ödüllər almış, dünyada “Vit D doktoru” kimi şöhrət qazanmış Boston Universiteti professoru M. Holik (Michael F. Holick)-in çoxsayylı kitab və məqalələlərindəki tövsiyələr, Dünya Endokrin Cəmiyyəti  və Dünya Vit D Elmi Komitəsinin böyük həcmli elmi tədqiqatlara əsaslanaraq təqdim etdikləri rekomendasiyalarda bir çox məsələ də fərqlilik var. Bunları nəzərə alaraq, mən çalışdım ki, mübahisəli məsələləri deyil, konsensusa gəlinmiş, elmi sübutluluq dərəcəsi yüksək, daha praktik və sərfəli bilgiləri sizlərlə bölüşüm.

- Bütün dünyada çox rastlanan Vit D defisiti, metabolik pozğunlurlar artırmaq, sümük sağlamlığı və immuniteti zəiflətmək kimi bir çox təsirləri ilə insan sağlamlığını pozan ciddi tibbi problemdir.

 - Körpələr, hamilələr, yaşlılar, köklər, siqaret çəkənlər, остеопороз, hipoparatireoz, MBSX (malabsorbsiyon), prediabet əlamətləri olanalar, metabolizmə təsir edən dərman (kortikosteroid, xloramfenikol, antikonvulsiv, furosemid) alanlar əlavə Vit D qəbul etməlidirlər. 

-Vit D ilə təmin olunmanın ən sağlam, effektli və rasional yolları günəşdən yararlanmaq və Vit D ilə zəngin qidalar qəbul etməkdir.

- Gidaya əlavənin ayda bir yüksək dozlarala qəbulundansa, uyğun dozanın günlük, bəzi hallarda həftəlik qəbulu daha məqsədəuyğundur.

-Ümumi şəkildə Vit D aşağıdakı kimi qəbul olunması daha rasionaldır:  Körpələr (0-12 ay) 400-600 BV, uşaqlar (1-18 yaş) 600-1000 BV, böyüklər (19-70 yaş) 600-800 BV, yaşlılar (70-dən yuxarı) 800-1000 BV, hamilə və əmizdirən qadınlar 600-800 BV.

-Vacib tibbi göstəriş olmasa  qanda Vit D analiz edilməsi rasional deyil.