Ölümdən niyə qorxuruq və bu qorxu ilə necə mübarizə etməli?
Şüur böyük kainatın çox kiçik bir parçası olan insana xasdır, amma bu dəyərli qazanılımın bədəlləri də var, onlardan biri də insanın praqnozlaşdırma yetənəyi sayəsində ölümünü öngörə bilməsidir.
Ölümün dərk və qəbul edilməsinin fəlsəfi, dini, tibbi, hüquqi, etnik, yas, əmlak planlaması, orqan bağışlaması, etik və s. kimi bir çox aspekti var. Mövzunun müdhiş ağırlığının fərqində olmaqla onu (adını yazmaq belə xoş gəlmir) dərk etmək, bir çox insanda ağır fəsadlara səbəb olan tanatofobiya (ölüm qorxusu) ilə mübarizə yolları haqqında fikirlərimi sizlərlə bölüşmək istədim.
Ölüm, bioloji olaraq orqanizmin homeostazını pozan tənəffüs, qidalanma çatmazlğı nəticəsində biokimyəvi və psixiki proseslərin sönməsi ilə canlınn cansıza çevrilməsidir. Canlınin cansiz olduğu anı yəni insanın öldüyünü müəyyənləşdirmək tibbi problemdir. Elm və texnikanın sürətlə inkişaf etməsinə baxmayaraq bu anı təyin etmək getdikcə çətinləşir. Əvvəllər ölüm bəsit yöntəmlərlə nəbz və nəfəsə əsasən ürək və tənəffüsün dayanması ilə müəəyənləşdrilirdi. Süni tənəffüs və qan dövranı və ya transplantasiya ilə ürək və ağ ciyərlərin fəaliyyəti əvəzlənə bildiyindən, indi daha mürəkkəb yöntəmlərlə (Məs., EEQ) müəyyənləşdrilən beyin (hətta son araşdırmalar əsasa alınaraq şüurun mənbəyi olan beyin qabığının) ölümü əsas götürülür.
Ölümlə əlaqəli düşüncələr mürəkkəb, çoxşaxəli və dinamikdir, bir qurup ondan qaçmağa, bit qurup zaman zaman (xüsusən yaslarda) xatırlasa da dərinə getməz, bir qurup neytral qalmağa çalışar, bir qurup onu qəbul edər və dərinləməsinə anlamaya çalışar. Onu dərk etməyə çalışanlar öz şəxsiyyətinə xas meyarlar süzgəcindən keçirərək olumlu və ya olumsuz olaraq dəyərləndirərlər, əgər rəy müsbətdirsə bu təsəlliverici və rahatladıcı ola bilir, mənfidirsə, şəxs əzizinin ölümü və ya özünün ölümqabağı vəziyyətində emosional gərginliklər, sıxıntılar və psixiki pozğunluqlar keçirə bilər.
Ölüm qorxusu (həyəcanı) - tanatofobiya insanın ölümü ilə bağlı ağrılı, anormal və ya davamlı qorxudur. Ən qədim forması təkhüceyrəlilərdən başlayaraq insana qədər təkamül ağacının bütün qollarında mövcud olan, yaralanaraq ölmək qorxusudur ki, bu da canlının adaptiv resurslarını səfərbər edər, döyüşə və ya qaçmağa, təhlükə ilə mübarizə üçün aktiv cəhdlərə təkan verər. Ölüm qorxusunun bu forması fəlakətlərə və düşmənlərə qarşı sosial birliyin də hərəkətverici mühərriki sayılır. Bu ölüm qorxusu ümumilikdə zərərli yox faydalı hasab olunur.
Digər forma isə ekzistensial ölüm qorxusudur ki, bu dil və təfəkkürün inkişafı ilə gələcəyi qabaqcadan görmək bacarığı sayəsində insanoğlunun şüurunda formalaşır. Bu şüurun 150.000 il əvvəl ortaya çıxmıası təxmin edilir. Araşdırmalar ölüm qorxusunun əsas səbəblərinin qeyri-müəyyənlik, rifah içində yşamın yox olması, sevdikiləri və əzizlərindən bir dəfəlik ayrılmaq, ağrı və iztirab qorxusu, məzarda tənhalıq və sıxıcılıq təsəvvürü, ölümün vaxtsız və qəddarlığı, həyatının mənası qəbul etdiyi işini başa çatdıra bilməmək, birisindən qisasının ala bilməməsi olduğu müəyyənləşdrilməşdir. Ölüm qorxusunun əmələ gəlməsində insanın şəxsiyyəti, yaşı, dini, milli, cinsi, ictimai statusundan asılı olaraq bu səbəblərdən biri və ya bir neçəsi daha qabarıq rol oynayır.
Tanatofobiyanın əsas səbəbi çox zaman bilgisizlik və dar düşüncənin nəticəsində olur. Ona qalib gəlmək üçün Bəşir Səfəroğlunun personajı kimi bütün bədəni qorxudan uçunma titrətmə içərisində “qorxmuram” və ya Polad Ələmdarı təqlid edərək yalançı qürurla “ölüm nədir ki, ondan qorxasan” deməklə olmaz. Bunun üçün onu elmi əsaslara dayanaraq öyrənməyə, dərinləməsinə dərk etməyə çalışmaq lazımdır.
Müxtəlif zamanlarda bir çox filosof (Epikur, Lukretius, Freyd, Nussbaum ve b.) ölüm, ölüm qorxusu məsələlərini öyrənmiş və ölüm qorxusu ilə mübarizə üçün müxtəlif strategiyalar təklif etmişlər. Ümumiyyətlə, ölüm prosesində insanların süuraltına yerləşmiş dəhşətli ağrı və digər iztirablarla qarşılacağının heç bir əsası yox. Belə ki, əvvəla Freydin dediyi kimi insanın ölüm təcrübəsi yox, yəni geri gələn kimsə yox ki, bu “qorxulu iztirabları” təsvir etsin. Digər yandan tibbi olaraq bu iztirablar ölüm prosesi başlamadan əvvəl ola bilir, amma bu prosesin başlamasından əvvəl şüurun alaqaranlıq pozulmasından başlayadaq müxtəlif dərəcələri keçib ağır koma halına çatanda, artıq hissiyatımız və digər dərk etmə qabiliyyətlərimiz yox olduğundan nə ağrı hiss edər nə də itirdiklərimizə təəssüflənə bilərik. Epikururun dediyi kimi: «Nə zaman insan var ölüm yoxdur, nə zaman ölüm var onda insan yoxdur». Deməli ölünün ölüdən qorxması absurddur.
Təbiət üçün fərdin deyil türün yaşaması vacibdir, övlada xüsusən də nəvəyə çox dəyər verərək, və ya yaşlı ananın oğlunun toyunu görmədən ölmək istəməməsi hər nə qədər çarəsizlik (ölüm qaçınılmaz olması qarşısında) bir bəhanə uydurmaq kimi yozula biərsə də, əslində bu böyük həqiqətin qəbul etmənin (istər instiktiv olsun istəsə də dərk edərək) sübutudur. Yəni insan türüm, nəslim, məfkurəm davam etdiriləcək, arzularımı yerinə yetirən olacaq, “ocağım sönməyəcək” düşüncəsi ilə özünə təskinlik təlqin etməklə ölüm qorxusunu dəf edə bilər.
Ölüm qorxusu ilə mübarizədə dinin rolu çox böyükdür, araşdırmalar göstərmişdir ki, insan nə qədər dərin dindardırsa ölümdən o qədər az qorxur, çünki, bu onların qorxusunu dinlərin vəd etdiyi bir ali başlanğıcın və daha keyfiyyətli yaşamın olacağı ümidinə assosiasiyaya şərait yaradır.
Digər bir fəlsəfi yanaşma (Lukretius) da işə yaraya bilər: Doğum və olüm aynada bir birinin əksi kimi metafizik olarak simmetrikdir, bu simmetriyanı xəyalımızda canlandıraraq biz həyata gəlişimizə təəsüflənməyiriksə paralel olaraq gedişimizə də təəsüflənməliyik (yəni ona hazır olmalı, ondan qorxmamalıyıq). Bu yanaşmaya görə hətta, ölümün doğumdan üstünlüyü var, belə ki, doğumumuz bizdən heç asılı deyil və biz ona təsir edə bilmərik, ölümümüz isə bir çox yönləri ilə öz əlimizdədir, onu uzada və kisalda bilərik. Hətta transhumanizm nəzəriyyəsinin yaradıcıları və tərəfdarlarına görə yaxın yüz ildə insan ölümə qalib gələcək, onu idarə edə biləcəkdir. Bu düşüncələr bizim ölümdən qorxma meylimizi onunla mübarizəyə yönəldə bilər.
Digər bir yol həkim, psixiatr və psixoloqlara müraciət etməkdir ki, onların arsenalında müxtəlif psixoloji metodlar və çoxlu dərman preparatları vasitəsi ilə sizə mütləq kömək edəcəklər.
Beləliklə, ölümdən qorxmağa heç bir əsaslı səbəb yoxdur, şüurumuzda daha doğrusu şüuraltımızda bilgisizlik və ya yanlış bilgilər sayəsində formalaşmış qorxunu dərinləməsinə araşdırmalı, dərk etməli, sizi siz edən dəyərlər işığında onu yönəltməli və ya əvəzləməlisiniz. İnsanoğlu olümdən qorxmamalı, əksinə onunla mübarizə aparmalıdır.