+994503578952 drzeynili@gmail.com

Stresin idarə edilməsi

  Stres (gərginlik, həyəcan) təkamül prosesində mühitin təsirlərinə (əsasən təhlükələrə) qarşı proqramlanmış neyropsixofiziololoji və hormonal mürəkkəb raksiyadır. Onun sayəsində sinir sistemimiz aktivləşir və neyrohumoral zəncir devrəyə girir, adrenalin, noradrenalin, kortizol ifraz olur, tənəffüs, nəbz, qan təzyiqi artır. Təhlükə sayəsində yaranan bu enerji yaşam savaşı, həyatda qalma mübarizəsi (“Vuruş ya da qaç” prinsipi ) üçün xərclənməyə hesablanmışdır. Başqa sözlə, stres həyatımızın olmazsa olmazıdır, yəni “ölünün qıdığı gəlməz”, canlı reaksiya verməlidir.  Ancaq, hər anı təbii fəlakətlər (zəlzələ, fırtəna, sel və su basmalar və c.),  çətinləşən həyat (su-qida çatmamazlığı, işsizlik, maddi sıxıntı, ailə və sosial gərginliklər, tıxaclar, haqsızlıqlar və s.), müharibələr və b. kimi stres mənbəyinin ortasında qalan müasir (mən deyərdim yazıq) insanın bu enerjini məqsədə uyğun sərf etmək imkanı çox məhduddur. Nəticədə, təbiətin bizə yaşamaq üçün verdiyi bu fürsət bizə qəvi düşmənə     çevrilir, bir çox xəstəliklərin (depressiya, demensiya, ürək-damar xəstəlikləri, xərçəng, diabet, köklük və s.) yaranmasında əsas faktor rolunu oynayır.  Bu zaman əsas şərt stresdən qaçmaq deyil önu öyrənmək və özününküləşdirmək (özünüdərk) və idarə etməyi (ğzünüidarə) öyrənməmizdir. Stresi yönətmə metodlarından (meditasiya, masaj, relaksasiya, gündəlik tutma və s.) ən effektivlisi sadə, praktik, ucuz, asan, xüsusi avadanlıq olmadan hər şəraitdə tətbiqi mümkün olan həmişə yanınımızdakı tənəffüs texnkasıdır. Tənəffüs texnikalarının arasında isə ən çox elmi araşdırmalar sayəsində sübutluluq dərəcəsi yüksək olması təsdiqlənmiş dərin tənəffüs metodudur. (https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9877284/#:~:text=DBE%20is%20a%20broad%20term,et%20al.%2C%202020). Digər yandan dərin tənəffüs düzğün tənəffüsün əksər faydalı komponentlərini özündə birləşdirir və  digər özünü dərk və özünüidarə metodlarlaı (proqressiv əzələ relaksasiyası, meditasiya və s. ilə kombinasiya edilir. Derin tənəffüs praktikasının tətbiqi üçün əsas mane bilik çatışmazlığı, aşağı motivasiya və dəstəyin olmamasıdır.

Dərin tənəffüs (diafraqmal, qarın, yoq tənəffüsü də adlandırılır) dilimizi üst çənəyə yapışdıraraq, aktiv və şüurlu surətdə diafraqma hesabına (qarnın şişməsi ilə müşahidə olunur) burunla nəfəs almaq, ardinca döş, sonra körpücük və çiyinləri prosesə cəlb edərək sona qədər nəfəs almaqla başlar. Bütün diqqətiniz hava axınının tənəffüs yollarına təsirini, qarın, ardınca döş qəfəsinizin necə şişməsini, sonra bunların tərsinə prosesləri hiss etməyə yönəldilməli, o anı axışda yaşamağa çalışmalısınız. Prosesin iradəmiz daxilində, aramla və ritmik olmasna azami cəhd etməliyik. Diqqət yayınmasının qarşısını almaq üçün taktil (sağ əl qarnınızın sol əl döş qəqfəsinin üzərinə qoyaraq)      və vizual (qarnınız və döş qəfəsinin hərəkətlərini daxili “gözlərinizlə” müşahidə edərək) stimuldan istifadə edilə bilər. Bu metod özünüdərk və özünüidarənin təkmilləşdirməsi yolu olub, iradiliyin qeyri iradilik üzərində hakimiyyətini təmin etməyə yönəldilmişdir. Yəni, tənəffüsümüzün iradi hissəsini şüurlu və aktiv surətdə məşq etdirərək həyat mənbəyimiz havanın orqanizmimizə daxil və xaric olmasını (“ölü sahədə” olan qalıq havanın, yəni havanın dəyişiılməyən hissəsinin minumuma yendirilməsi) optimallaşdırır, tezliyi azaldaraq ürək ritmi rezonansna (bir tənəffüsə 4-5 ürək vurğusu) yaxınlaşdıraraq sinxronizasiya yarada bilərik. Bu sinxronizasiya vegetativ sinir sistemi, badamabənzər cisim və prefrontal alın payını prosesə cəlb etməklə orqanizmə həm fizioloji həm də psixoloji rahatlıq yaradar, stresi müvəffəqiyyətlə yönəldər, düşməni dosta çevirə bilərsiniz.

Sağlığına önəm verənlər, onu əldə etmək üçün vaxt, enerji və əməyin vacib olduğunu qəbul etməlidirlər. Ona görə, düzgün tənəffüsün sağlamlığımızda yeri və rolunun vacibliyini öyrənərək, dərinləməsinə dərk edərək, özününküləşdirərək real proqrqm hazırlamalı və ardıcıl həyata keçirməlidirlər. Bu proqram fərdi olmalı, yəni öz zəiflik və narahartlıqları, bütün imkanlar, olduğun ortamı şərtləri nəzərə alınmaqla hazırlanmalıdır. Yalnız bu şərtlər daxilində hər məqsədinə nail olduqca zevq alacaq, sonrakı mərhələ üçün quvvətiə motivə olacaqsan. Səhv və uğursuzluqlardan nəticə çıxaracaq, dənəmələrlə sənə uyğun olan metodu tapacaqsan.