+994503578952 drzeynili@gmail.com

Baş-çiyin məşqi

(Xəstəyə uyğun seçilməli və aydınlatılmalıdır)


      Çox zaman bu ağrılar əzələlərin gərilməsi sonucu qan dövranının pozulması ilə əlaqəlidir. Düzgün və ardıcıl məşqlərlə gərginliyi yumşaltmaq, qan təhcizatını təmin etməklə ağrını azaltmaq və hətta yox etmək olar.

Hər şeydən əvvəl psixoloji olaraq hazırlanmalısan. Yəni, “Sağlığını özün yarat” fəlsəfəsinə uyğun olaraq qarşına kəskin məqsəd qoyub, “Su damlası inadı ilə daşı deşə bilirsə, mən də bunu edərəm” deyərək qüvvə və enrjini ağrı ilə inadla mübarizəyə yönəldəcəksən. 

                    Ağrı olan tərəfin (əgər bir tərəfdə daha çoxdursa) əks tərəf əlinin kəfəsini qulağının üstündə gicgah nahiyəsinə qoy,    sonra  dilini üst çənəyə yapışdıraraq  ağzını yum                                                        

            diafraqma vasitəsi ilə (qarını şişirtməklə) burunla dərin nəfəs al (diqqətini havanın tənəffüs yollarında axınına cəmləşdir) və nəfəsini tut, bütün gücünlə əlini başına, başını da əlinə sıx,

fikrində 20-yə qədər say, sonra yavaş və aramla nəfəs verərək, əlin başına sıxılmış vəziyyətdə boyun üst fəqərələri hesabına başını 3 dəfə sağa və sola hərəkət etdir. 

Sonra, hərəkətlərin amplitudasını artırararaq (qulaqların çiyninə toxuna bilər) 3 dəfə təkrara et.

Eynisini əks tərəfdə. Sonra əllərini daraqlayaraq alnına , daha sonra ənsənə  sıxaraq yerinə yetir.

Məşqi gündə 3 dəfə, hər sonrakı gün bir say artıraraq 20-yə çatdır. Bu zaman özünü, imkanlarını şüurlu sürətdə öyrənəcək (özünüdərk), xəstəliklə aktiv mübarizəni mənimsəyəcəksən (özünüidarə). Prosesin gedişində hansı sayda ağrının keçdiyini not et. Bu praktikanı düzgün edib və dərindən mənimsəyə bilsən, nəinki ağrını bir çox narahatçılıqların (panik atak, stres və s.) öhdəsindən müvəffəqiyyətlə gələ biləcəyinə özün əmin olacaqsan. Başarılar!