Həyatın mənasını axtarmalıyıqmı?
Uzun müddətdir ki, (görünür yaşlandıqca ölümə yaxınlaşma düşüncəsi də öz təsirini göstərir) həyatın mənasını anlamaq (daha doğrusu anlamağa cəhd etmək) üçün gecə gündüz oxuyur, düşünür, bəzən də suallar fırtınasında (Həyatın mənası varmı? Onu tapmaq mümkünmü? Onu öyrənməyə çalışmalımı? "Milyonlarca insan heç bunu düşünmür", ən yaxşısı bu deyilmi? Öyrənsək bizə nə verəcək, bilməsək nə olcaq? və s.) boğuluram. Bir konkret nəticəyə gəlməkdə çox zorlansam da, tapacağıma ümidim azalsa da bu fikiri beynimdən çıxara bilmirəm ki, bilmirəm, sanki “lənətlənmişəm”. Məhşur fransız filosof, matematik və fizik B.Paskal insanları bu aspekdə dəyərləndirərək 3 qrupa bölmüş: I qrupa dindar olanlari aid edir. Kəndincə, onlar ağıllı və xoşbəxtdirlər (B.Paskal özü də bu qrupdadır); II qrup həyatın mənasını heç axtarmayanlar- ağılsız və bədbəxtlər; III qrup həyatın mənasını axtaranlar amma tapmayanlar - ağıllı və hələlik bədbəxtlər. Bu fikirləri tam qəbul etməsəm də (müşahidələrimə görə zəmanəmizdə II qrupda daha çox ağıllı və xoşbəx insanlar var), özümü III qrupdakı bədbəxtlərdən hesab edir, 77-yi arxada qoysam da, “60-nda öğyrənən gorunda çalar” atalar misalına məhəl qoymadan qarşımda olan yollardan mənim üçün məqbul olanı seçmək üçün çırpınıram. Düşünürəm ki, mənim günümdə olanlar da var və onlara bir az da olsa köməyi ola bilər.
İnsan mühitin məhsuludur, varoluşu hava (xüsusən O2), su, qida, sosyal ehtiyacların təmini ilə mümkündür. Təbiətində gözünü açandan ətrafını öyrənmə maraq və zərurəti var. İnsanoğllu özünü dərk etməyə başlayandan bu və ya digər şəkildə həyatın mənasını düşünmüşdür. Tarixdə izi qalan müdrik söz sahibləri bununla əlaqədar çox müxtəlif ideyalar irəli sürmüş, bu fikirlərin tərəfdar və ardıcılları olmuş, hətta zaman və şəraitə uyğun olaraq eyni müdrik bir birindən fərqlənən fikirlər demiş, bu yanaşmaların əlehdarları yaranmış , bitib tükənməyən mübahisələr bu günə qədər davam edir və görünən odur ki, hələ davam edəcək. Son zamanlar çox saylı elmi araşdırmalar və kapsamlı sorğu anketləri, sosiloji tədqiqatlar aparılır. Bütün bunların arasindan gücüm əl verdiyi qədər seçə bildiyim fərqli dünyagörüşləri sizərlə bölüşmək istəyirəm.
Həyatı ilk dərk və təqdim etmə cəhdi (dünyagörüşün başlanğıc mərhələsi) miflərlə başlamış. Təbiət hadisələrindən (yanğın, ildrım, xəstəliklər, ölüm) vahiməyə gələn insan mahiyyəti dərk edə bilmədiyi üçün nüxtəlif əfsanə və fantaziyalar yaratmış, ancaq inkişafın sonrakı mərhələlərində bunların inandırıcılığı getdikcə azlmışdır. Sonralar qədim Sumerlərdə, daha sonra şərqdə (Hindistan, Çin) müxtəlif səpkilərdə mülahizə, cərəyanlar, dünyagörüşıər yaranmış və uzun zamanlar fərqli müddətlərdə hakim olmuşlar.
B.e.ə X əsrdə Ekliziastın ortaya atdığı həyatın mənasızlığı ideyası uzun zaman Софокл, Д. Бруно, Б. Паскаль, Н. Толстой, А. Чехов, А. Шопенгауэр, Гомер, Şekspir, Göte, Д. Байрон. А. Камю, Д. Дидро kimi bir çox müdrik, alim, yazar, filosoflar tərəfindən qəbul edilərək müxtəlif variantlarda inkişaf etdirilmişdir. Hətta b.e.ə IV-V əslərdə kiniklər (yardıcıları A. Антисфен və Диоген) bu ideyanı yaşam tərzinə çevirmiş, cəlləklərdə yaşamışlar. Makedonyalı İsgəndər Diogenin yaşadığı çəlləyin yanına gəlmiş və ona öz köməyini təklif etmiş, Diogen ona böyük etinasızlıqla “Günəşimin qabağından çəkil yetər” demiş.
Эвдемонизм düşüncəsinin yaradıcı, müdafiəçi və tərəfdarları (Сократ, Фалес, Платон, Эпикур, Демокрит, Вольтер, Фейербах, Гассенди, Ламетри, Декарт, Спиноза kimi bir çox məhşurlar) həyatın mənasını müxtəlif məqsəd, vasitə və yolla xoşbəxtliyə nail olmaq, rifaha qovuşmaq, zövq və keyf almaqda görmüşlər. Sokrata görə, həyatın mənası bilik, özünüdərk və müdriklikdir çünki yalnız onlar bizə maddiyatatdan həzz almağı deyil, onları necə idarə etməyi öyrədirlər və həqiqi xoşbəxtlik də budur. Эпикур: Həyatın məna və məqsədi yaşamaqdan zövq almaq, ağrı, iztirabdan və ölüm qorxusundan azad olmaqdır. Демокрит həyatın mənasının ən yüksək həzz olan mənəvi həzz olduğunu vurqulamışdır. Aristotelə görə həyatın mənası ən yüksək intellektual fəzilətli həyatın yaratdığı xoşbəxtlikdir.
Hedonizm tərəfdarları isə həyatın mənasını yalnız maddi həzz almaqda görmüşlər.
Buddizmə görə həyatın mənası istək və nifrətdən imtina edərək harmonik yaşamaqdır.
Теизм daşıyıcılarına görə həyatın mənasını, məqsədi və dəyərini yalnız Allah müəyyənləşdirir və insanlara ölümsüz olan ruhunun qorunmasını, təmizlənməsini və təkmilləşməsini əmr edir. İslama görə həyatın mənası insana Allah tərəfindən əmanət edilən həyatı Allahı dərk etməyə həsr edərək əbədiyətə qovuşmaqdır.
Orta əsrlərdə yayılmış bir düşüncəyə görə isə həyatın mənası təmsil etdiyi qrupun dəyərlərini təcəssüm etdirmək, əcdadları içərisində şanlı olanların və yaşadıqları zamanın qəhrəmanlarının həyat tərzinin təkrarlamaq və təbliğ etməkdir.
XX əsrdə qərbdə geniş vüsət almış insanı mərkəzə alan ekzistenzializm (F. Dostoyevski, P. Sartr, F. Niçşe və b.) və praqmatizmdən təsirlənən subyektiv naturalislərə görə insan düşünə bilən sərbəst iradə sahibi olduğundan həyatına başqaları (məs., Allah, cəmiyyət, rəhbər və s.) deyil özü məna verməlidirir. Hər bir insan qabiliyyətindən, həyat anlayışıdan və yaşadığı şəraitdən asılı olaraq unikaldır, gəldiyi nəticə və verdiyi subyektiv qərarar da unikal olmalıdır. Sadə dillə desək, həyatınızın mənası verdiyiniz qərardır. "Hayatın anlamı yok, onu kendim yaratmak zorunda kalacağım!" diyor Sartre. F. Niçşe həmçinin L. Feyarbaaxa görə insan həyatı meymunla super insan arasinda uzanan bir kəndirdir (yoldur), mənası isə Yer kürəsini üstinsanın (transhumanın) yaranmasına hazırlamaqdır.
Stoisizm yaradıcı və tərəfdarlarına görə, Həyatın mənasını təbiətlə harmoniyada olmağa, dəyişə bilməyəcəyimizi kənara qoyub, nəzarət edə biləcəyini diqqət mərkəzində saxlayaraq israfçılıq etmədən hər çür yaxşılığa, mülk, şöhrət və cinsi istək üçün deyil fəzilətlə yaşamağa çalışmaqdır. Epiktet: “Sərvət böyük mülkə malik olmaqda deyil, az arzulara malik olmaqdan ibarətdir”.
İrrasionalist filosoflar həyatın mənasını axtarmağın belə rasional olmadığını, onun diskussiya mövzysy olmasının anlamsız olduğu fikirini müdafiə edirlər.
İnsanı yalnız bioloji varlıq kimi dəyərləndirənlər həyatın mənasını özünün yaşamını təmin etmək (qida , hava, su), dominiantlıq qazanmaq, nəsl artırmaq, valideynlərindən aldığı genomu övladlarına ötürməkdə görürlər. Müasir rus təkamülçü bioloq S. Savelevə görə həyatın mənası bioloji varlıq olaraq insan yemək istəyi, nəsli davam etdirmək və dominiant olmaq instinkləri əsasında qenomu sonrakı nəslə ötürməkdir, qalan hər şey ya bunlardan qaynaqlanır ya da onları masqalayır.
Marksiszmə görə həyatın mənası tarixin müxtəlif ictimai-iqtisadi formasiyalarına uyğun dəyişən şəxsi və ictimai ziddiyyətlərin qarşılıqlı təsiri ilə ortaya çıxan dialektik vəhdətidir. Yəni, əksliklərin vəhdəti qanununa uyğun olaraq şəxs və cəmiyyət daim mübarizədə olan tamdır. Bu mübarizənin forma və şiddəti tarixin müxtəlif etapları və ictimai-iqtisadi formasiyaların yaratdığı şərait və verdiyi imkanlara uyğun olaraq dəyişir. Əsas hərəkətverici qüvvə isə məhz bu mübarizədir. Beli kı, cəmiyyət (quruluş, hakimiyyət) insanın istək və tələblərini nə qədər məhdudlaşdirirsa ziddiyət o qədər artır mübarizə güclənir.
Son zamanlar aparılan çox saylı sosioloji araşdırma və sorğuların nəticələrindən “Sizə görə həyatın mənası nədir?” sualına verilən cavablardan seçdiklərimiz:
- Özünüdərk-öz fizik, ağıl və intellek səviyyəsini dəyərləndirmək, onların güclü və zəif tərəflərini müəyyənləşdirmək;
- Uğur, hörmət, nüfuz, pul, şöhrət qazanmaq;
- Genotipi fenotipə çevirmək;
- Naməlum olanı öyrənməklə daha çox bilgi sahibi olmaq;
- Bu dünyada öz yerini tapmaq;
- Yüksək əxlaqa sahib olmaq;
- Daxili və xarici stresə qarşı təmkinli və soyuqqanlı olmaq;
- Borcunu (valideyin, vətən dost və s.) yerinə yetirmək;
- Başqalarına kömək etmək;
- İşləmək, yaratmaq, karyer qazanmaq;
- Prestijli peşə sahibi olmaq;
- Məhəbbət, ailə qurmaq;
- Dostluq;
- Bir-birimizə aid olduğumuzu və bizimlə maraqlanan birinin olduğunu hiss etmək;
- Qrupun bir üzvü olmaq.
Bir baxışa görə isə, hər bir insanda bütün bu əlamətlər (təsəvvür, yanaşma, ) var ancaq müxtəlif səviyyələrdə.
Göründüyü kimi həyatın mənası haqqında “Nə qədər adam varsa o qədər də həyatın mənası var”-dan tutmuş nisbi ümumiləşmiş anlayışlar ətrafında kümələşmiş quruplara, fəlsəfi cərəyan və məktəblərə qədər müxtəliflik yelpazəsi var. Məncə, elə bu mürəkkəblik və çətinlik çoxlarının gözünü qorxudur. İndi bu suala cavab verməliyik, qorxub qaçaqmı yoxsa bu çətinliyə sinə gərib içimizdən (daha doğrusu təfəkkürümüzdən) gələn tələbi (varsa, amma bu önəmli) təmin etməyə çalışaqmı? Burda da müxtəlif yanaşmalar mövcuddur, insanların bir qrupu qəbul həyatın mənasını axtarımağa çalışar, ya tapar, ya bezib kənara tullayar, ya da qəbul edər ki, həyatın mənasını heç düşünmədən də yaşamaq mümkündür. Yuxarıda da qeyd etdiyim kimi, mən aşağıdakı arqumentlərə əsasən həyatın mənasını axtarımağa çalışmağın tərəfdarıyam.
Yuxarıda qeyd etdiyimiz kim, ümumiyyətlə hər bir canlı həyata gözünü açandan axtarmağa başlar, ta ölənə qədər bu axtarış davam edər. Deməli axtarmaq canlının xüsusən insanın xislətindədir. İnsan çox şeylə maraqlanar çox şey axtarar və axtardığını tapanda da rahatlar. Axtarılan şey nə qədər əllə tutulan, gözlə görünən, tez tapılan və tətmin edicidirsə o qədər cəlbedicidir. Asanlıqla əldə edilən axtarılana nisbətən çox əmək sərf edilərək çətinliklə əldə edilən insana daha çox sevinc hətta xoşbətlik gətirər. Həyatın mənasını da axtarmaq mücərrəd və çətin də olsa təməl ehtiyaclardan biridir və amalı mənalı yaşamaq olanlar üçün təbii tələbatdır.
Paradoks ondadır ki, milyonlarla insan öz orqanizmində gedən yaşamağının mənbəyini təşkil edən metabolizm, bölünmə və s. proseslərin fərqində olmadan, öz bədənində olub bitənlərdən xəbərsiz yaşayır. Amma, insan məhz həyat mənbəyi olan o prosesləri istədiyi vaxt sonlandırma, dəyişə bilmə qüdrətinə sahibdir. Yəni, insanı kim yaradırsa (Allah və ya təbiət) yaratsın, həyatının mənbəyini hardan görürürsə götürsün, əmri hardan alırsa alsın, yaşamı ilə əlaqəli son qərarı özü verə blmə şansına sahibdir. Mövcud olmaqla mənalı yaşamağı fərqləndirən insan, şəxsiyyət olmaq üçün çalışmalı, bioloji, indvidual və ictimai varoluşun təmin etmək üçün şüurlu surətdə özünü kəşf etməli, dövrünə xas (elmin və əxlaqi dəyərlərin inkişaf səviyyəsi) dünyagörüşü mənimsəməli, başqa insanlarla münasibətlərini müəyyənləşdirməli, durmadan təkmilləşməli və dünyanı dəyişməyə çalışmalıdır. Məna axtarmaq fikri ilə yaşamaq şüurlu surətdə özünün dərk etmək, nəyə qadir olduğunu müəyyənləşdirmək, özünə xas ali məqsədini (başqa deyişlə həyatının mənasını) müəyyənləşdirmək uğrunda çalışmaq deməkdir. “Hamı belə yaşayır” düşüncəsi doğru deyil, çünki yuxarıdakı qeydlərdən də göründüyü kimi “nə qədər adam varsa o qədər də həyatın mənası var” və bunu “hamılaşdırmaq” mümkün deyil. Yəni robot kimi avtomatik yaşamaq deyil, mənalı yaşamaq istəyiriksə bütün bu fikir və anlayışları öyrənməli, “ürəyimizə yatanları”, bəyəndiyimizi seçməli, özümüzünküləşdirməliyik. Sonra, fərdi qabiliyyətimizə (yəni təbiətin bizə verdiyi potensial imkanlarımıza), yaşadığımız ortamın şərtlərinə uyğun olaraq, həm də ətrafımızdakıların maraqlarını gözardı etmədən xüsusi proqram hazırlayaraq (başqa sözlə öz həyatımızın mənasını müəyyən edərək) həyata keçirməyə çalışmalıyıq.