+994503578952 drzeynili@gmail.com

Demokratik Fəaliyyət Cəmiyyeti (DFC)

            Demokratik Fəaliyyət Cəmiyyeti (DFC) 1980 ci illərin sonu 1990 cı illərin əvvəllərində Azerbaycanda (əsasən Naxçıvanda) Milli Azadlıg Hərəkatında rolu və əməyi olan, vaxtı ilə Azerbaycan Demokrat Partiyasının təsisçiləri olmuş və sonralar ondan ayrılmış 12 nəfər Naxçıvan ziyalısının 25. 11. 1993 cü ildə bəşəri dəyərləri əsas götürərək demokratiya və müstəqillik ideyalarinin təbliği məqsədi ilə təsis etdikləri və 25.01.1994’də Nax.MR Ədliyyə Nazirliyində qeydə alınmış qeyri siyasi, qeyri hökumət təşkilatıdır. DFC yarandigi ilk illərdə çox aktiv olmus demokratik dəyərlərin təbliği, mahiyyətinin anlasılması və mənimsənilməsində çox iş görmüş, Nax. MR’də konfranslar, dəyirmi masalar, partiyalar arasi dialoq və diskussiyalar təşkil etməklə bu cür fəaliyyətlərin öncülü olmuşdur. DFC Türkiyə Cumhuriyyətinin Kayseri şəhərində yerləşen ictimayi təşkilatlardan Türk Ocagları Dərnəyi Kayseri şöbəsi, Dadaloğlu Dərnəyi, Kayseri Ülkü Ocagı, Kayseri Dogu Tüküstan Dərnəyi, Erciyes Universiteti Türk Dünyası Dayanışma Tələbə Kulubu, Kayseri Haci Bektas Veli Dərnəyi, Erciyes Universitetində təhsil alan azərbaycanlı tələbələrlə müxtəlif səviyyələrde əlagələr qurmaga çalışımış, onların tədbirlərində iştirak edilmiş, onlarla birgə tədbirlər təşkil edilmiş, Azərbaycanın problemlərinin Türkiyənin gündəmində qalınmasına çalışılmışdır. DFC sədri Z. Ələkbərin aktiv iştirakı ilə Azərbaycan Kültür Dərnəyinin Kayseridə şöbəsi açılmış, Kayseridə yaşayan 120 Azərbaycan kökənli türkün bir araya gəlməsinə, Azərbaycanla bağlı bir çox tədbirin kecirilməsinə nail olunmuşdur. 4 dəfə MHP’nin Erciyes dağında keçirilən Zəfər Qurultayına qatılmışdır.

1994-2001 illər müxtəlif səbəblərdən DFC’nin fəaliyyəti zəifləmişdir. 2002-ci ildən vətəndaş cəmiyyətinin inkişafı üçün bir qədər münbit zəmin yarandığı və xüsüsən GHT’lərə zəruri ehtiyac olduğu, Azərbaycanda onlara diqqət artdığı və DFC`nin sədrinin xaricdən vətənə qayıtması ilə əlaqədar DFC öz fəaliyyətini artırmağa çalışmışdır. DFC 27. 06. 2002 də ‘’ Nax. MR`də demokratiyanın inkişafında QHT’lərin rolu ve yeri’’ mövzusunda 23 yeni yaradılmış QH-nin iştirak etdiyi konfrans təşkil etmişdir. DFC Naxçıvanda vətəndaş cəmiyyəti, özünüidarənin və QHT-lərin inkişafına çalışır. Bu məqsədlə АБШ Səfirliyi Demokratiya Komissiyasına, Dunya Bankına, Açıq Cəmiyyət İnstitutuna müxtəlif laihələr təqdim etmişdir. QHT’lərin resurs mərkəzi’’ndə təşkil olunmuş dəyirmi masa və diger tədbirlərdə aktiv iştirak etmişdir. DFC Az. QHF’nin üzvü olmuşdur.

DFC mart 2003’cü ildə DFC Nax.MR. Ədliyyə Nazirliyi tərəfindən əsassız olaraq məhkəməyə verilmişdir. DFC demokratiya uğrunda mübarizənin sivil yoluna üstünlük vermiş, çox çətinliklə də olsa Azərbaycanda məhkəmələrin bütün instansiyalarını keçərək 120 vərəqədən ibaret işi Avropa məhəkəməsinə göndərmişdir.

DFC 2003’cü ilin iyun-oktyabr aylarında ABD Azərb. Səfirliyi Demokratik Komissiyasının dəstəyi ile “Nax. MR’də seçicilərin marifləndirilməsi və seçici aktivliyinin stimullaşdırılması’’ adlı layihəni həyata keçirmiş və layihənin başa çatması ilə əlaqədar hasabatı ABD Azərb. Səfirliyinə təqdim etmişdir.

DFC’nin təsisçiləri haqqinda qisa məlumat:

Sədr - Ələkbər Zeynili 1947’de Sahbuz rayonu A/Qıslaq kəndində anadan olmuş, həkim, Naxçıvan Respublika xəstəxanasında Nevropatoloq işleyir.

1991-92’də Nax. MR’də fəaliyyət göstərən 5 partiyanin bir araya gəlib yaratdığı Əlaqələndirmə Şurasının əlaqələndiricisi olmuşdur.

Hüsen Cavadov - 1994-99’da AXCP sədri Ə. Elçibəyin Nax. MR üzrə səlahiyətli nümayəndəsi, 1999-2002’de AXCP’nin Nax. MR sədr müavini olmuşdur.

Akif Qurbanov - əvvəllər tikinti idarələrində rəhbər vəzifələrdə işləmiş, AXCP Nax. MR şöbəsinin NTK sədri olmuş, haliyədə kiçik fermer

təsərrufati ilə məşğuldur.

Fəsahət Hüseynov - 1953-də Naxçivan səhərində anadan olmuş, Xarici dillər institutunun Avropa fakultəsi Ingilis-Rus dilləri ixtisasini bitirmiş,

1990-92-cı illərdə Naxçıvanda demokratik dəyərləri təbliğ edən, ilk sərbəst "Şərq Qapısı" və "Ağrı dağ" gəzetlərinin yaradıcılarından biri və redaktoru

olmuşdur.

Əqil Məmmədov - 1955-də Naxçıvan səhərində anadan olmuş, Naxçıvanda təsis olunmuş ADP-nin organı olan "Hurriyət” qəzetinin ilk 20

nömrəsinin bas redaktoru olmuş, haliyədə Azərbaycanda Demokratyanin Inkisafı Fondunun Naxçıvan nümayəndəsidir.

Qurban Qurbanov - filologiya elmleri namizedi, haliyədə Nax.Dovlet Universitetinde bas muellim. (Mart 2004)


Qeyri-Hökumət Təşkilatları və onların sivil toplum yaratmaq uğrunda mübarizədə rolu.

(DFC-nin  27. 06. 2002-də “Nax. MR`də demokratiyanın inkişafında QHT’lərin  rolu ve yeri” mövzusunda təşkil etdiyi  konfransda çıxış)  

      Hörmətli, konfrans iştirakçıları, hamınızı salamlayır və xoş gəldiniz deyirəm! Böyük həvəs ama çətinlikləri aşaraq təşkil etdiyimiz bu toplantıda əsas məqsədimiz Sizlərlə birlikdə garşılıqlı faydalanmağa dayanaraq sivil toplum olma yolunda bir addim da olsa irəli getməyə cəhd etməkdir. Yəni, Avropaya inteqrasiya yolunda irəliləyən Azərbaycanda xüsusən də çox mürəkkəb coğrafi  və geosiyasi vəziyyəti (uzun muddət blokadada olması, qonşularından birinin qeyri-demokratik və teokratik rejimə dayalı və milyonlarla soydaşımızın ən insani və milli hüquqlaqrını heçə sayan bir dövlət , digərinin də məkirli və arxalı düsmən olması) olan Nax. MR-də demokratikləşmə, özünüidarənin həyata kecirilməsi, sivil toplumun inkişaf etdirilməsi günün tələbi olmuşdur. Ama, Naxçıvanda ictimai fəallığın bir göstəricisi olan Qeyri-Hökumət Təşkilatlarının (QHT) inkişafı nəinki inkişaf etməkdə olan ölkələrdə hətta, Azərbaycanın digər regionları ilə müqayisə də çox zəifdir. Bizcə bunun çox saylı səbəblərindən biri də QHT-lər haqqında bilgi və məlumatımızın çox az olmasıdır. Bu duşüncə ilə yola çıxaraq özünüidarənin mənimsənilməsində maraqlı olan qüvvələrin yaratdıqları imkan daxilində və ən əsası isə Sizə arxalanaraq bu məsələləri araşdıracag, onlarla məsğul olan qabaqcıl QHT-lərin təcrübəsini öyrənəcək, Sizlərə tanıtacaq, hüquqlarımızı öyrənəcək, inkisaf etmiş ölkələrin təcrübəsinə dayanaraq hüquqlarımızı qoruyabiləcəyik. 

     Onu xüsusilə diqqətinizə çattırmaq istəyirəm ki, məqsədimizə uyğun olaraq aktiv siyasətlə məşğul    olmayacaq, heç bir siyasi  qurumu dəstəkləməyəcəyik. Gəlin əl-ələ verib toplu problemlərimizi toplum olaraq, milli problemlərimizi millət olaraq həll etməyi öyrənək!                                                                                 

     Əslində QHT nədir? Onun yaradılması, funksiyaları haqqında məlumat vermək istəyirəm. Sovet totalitar rejimi dağıldıqdan sonra leksiconumuza hələ tam alışamadiğımız bir çox söz daxil olmuşdur. Onlardan biri de QHT’dir. İnkisaf etmiş dövlətlərin təcrübəsi təsdiq edir ki, demokratik idarə üsulu ən yaxşısıdır. Demokratik idarə etmədə hakimiyətin 3 əsas strukturuna (qanunverici-parlament, icraçı-hökumət və nəzarətedici-məhkəmə) bağlı olmayan bir çox təşkilatdan (kommersiya, dini, həmkarlar, bələdiyələr və s.) biri də Qeyri-Hökumət Təşkilatıdır. QHT demokratik cəmiyyətin formalaşması, sivil cəmiyyətin inkişafında xüsusi yeri olan könüllü təşkilatlanmadır. Bəlkə də adı mahiyyətini tam açıqlamadığından yardımçı  olsun deyə “üçüncü sektor”, “özünü idarə“, “vətəndaş cəmiyyəti”  kimi müxtəlif ifadələr də işlədilir.                     

     Həmişə insanları müəyyən maraqlar birləşdirər. QHT-də insanları birleşdirən əsasən müxtəlif (tibbi, sosyal və s. kimi) maraqlardır. Amma, bir neçə nəfərin meydançadakı zibilliyin təmizlənməsi kimi xırda məsələdən tutmuş bütün insanlığı maraqlandıran Yer Kürəsinin gələcəyini təhlükəyə aparan ekoloji problemlərə qədər genis yelpazədə məsələlər QHT-nin maraq dairesindədir. Belelikle, QHT-maraqları eyni olan ama problemlərinə biganə olmayan bir neçə vətəndaşın tərtib etdikləri nizamnamələrində müəyyən olunmuş məqsədləri həyata kecirmək üçün yaratdıqları könüllü, özünüidarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan, əldə edilən gəliri öz üzvləri arasında bölməyib nizamnamə məqsədlərinə xərcləyən, din və siyasətə qarişmayan, mustəqil  ictimai birliklərdir.                                                

     İki misalla fikirimizi daha bəsit şəkiıdə izah edək. Şəkər xəstələri bir birini daha tez anlar, onlara müxtəlif problemlərini həll etməkdə daha çox həkimlər köməkçi ola bilər. Oysa xarakterləri, tale və maraqlari bir birinə uyğun olan bir qrup xəstə, xəstə  yaxını və həkim bir araya gəlib diabet cəmiyyəti təsis edir, özlərinə və yaşadıqları məhəlləyə məxsus problemləri öz ehtiyaclarına uyğunlaşdırmaqla həll yollarını  daha asan tapa bilirlər. Hər işi hökumətin üzərinə atmadan, eyni hissləri yaşayan həmkarını daha  yaxşi başa düşdüyündən, daha yaxşı və həssaslıqla, könül birliyi və qayğıkeşliklə hər hansı problemi həll etdikdə insan özünü  mənən rahat və mutlu hiss edər. "Xəstə", "işə yaramayan" duyğusundan uzaqlaşıb əsil yoldaş, "iş bilən" qürurunu yaşar. Bu isə sərbəst və sivil toplumu şərtləndirən cəhətlərdəndir.                                                       

     Yaxud, məhəllənin ortasında toplanmış, hər cür rahatsızlıq və xəstəlik mənbəyi olan zibillyin təmizlənməsi, onun yerinin yaşıllaşdırılması və bu yaşıllığın qorunmasına nəzarətin təşkili üçün bir necə təşəbbüskar  bir araya gəlib bir cevrəçi birliyi          yaradir. Bir necə nəfər intuziazist öz imkanlarını səfərbər edir və ya qaynaq taparaq zibilliyi təmizləyib yərine ağaç əkir, gözəllik  yaradırsa, bu, insanları yalnız şikayət etməklə bəzi şeylərə nail olmaq kimi köhnə sterotipdən uzaqlaşdırar, biganəlik duyğusunu azaldar, özünü yasadığı məhəllənin «daşı» (vətəndaşı analmında) kimi  məsuliyyətinin artmasına səbəb olar. Nəticədə isə əsil  vətəndaş cəmiyyəti inkisaf edəcək.

     QHT demokratik, civil və açıq cəmiyyət qurmağa, insanlari hökumətin ağalığından və totalitarizmdən qurtarmağa xidmet edir. QHT-lər ictimai (hətta beynəlxalq) nəzarətçi rolunu üstlənməli, beynəlxalq norma və standartların ölkəmizə gətirilməsi ve gündəlik həyatımıza girməsinə nail olmalı, qanunvericilik aktlarına duzelişlər təklif etməklə qanunçuluğumuzun təkmilləşməsinə kömək etməli, ictimai fikrin vaxtı çatmiş problemlərə və onların həllinə yönəldilməsinə çalışmalıdır. Bütün bunların nəticəsi laraq elə bir Sivil Toplum yetişməlidir ki, siyasi ve ekonomik qərar vermə prosesində yüksek vətəndaş aktivliyi olsun.

    QHT’lərin fəaliyyəti "Qeyri–hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında"  Azərbaycan Respublikasının Qanunu və digər qanuni aktlar, həmçinin dövlətimizin qoşulduğu bir çox beynəlxalq aktlarla tənzim olunmalıdır.

     Ama, hər hansı bir yenilik kimi bunların da reallasması asan olmaz. Xüsusən də  bizlər üçün. Ona görə ki, birincisi, bizi uzun muddət "azadliğımızın Lenin babamız tərəfindən verildiyinə", “bəşər tarixinin insanlar arasında mübarizə tarixi olduğuna”, “ideyamızı qəbul etməyənin düşmənimiz olmasına”,  “dövlətin bir sinfin və ya partiyanın hakimiyyətini təmin edən güc aparatı olmasına”  şuur altına yerləşəcək qədər inandırmışlar. Bu adətlərdən azad olmaq o qədər də asan deyil. İkincisi, türk tarixinə nəzər salsaq həmişə düşmənə qarşı birləşməkdənsə, daha çox bir birimizləe vuruşmuşuq. Bu gün də erməni məkri qarşısında tab gətirmək üçün milli dəyərlər ətrafında sıx birləşmək və onu inkişaf etdirib əməli işdə Avropa sivilizasiyasına çatmaq əvəzinə,  az qala bütün dəyərlərimizi hecə sayaraq sivil topluma yaraşmayan metodlarla öz aramizda  “vuruşuruq”, yalnız bir birimizlə mübarizə aparırıq, həm də biri digərini düşmən görmək, bir birinə qarayaxmaqla. Axı, ictimayətçilərin (QHT-çilər nəzərdə tutulur) hamısı dilenci, “qrand mafiyası”  və oğru, iş adamlarının hamısı fırıldaqçı,  dövlət məmurlarının hamısı rüşvətxor ola bilməz ki. Bu gün bəy, cəbhəçi, müxalifət kimi QHT-ləri də gözdən salmağa çalışılır, QHT-lər hökumətə, hətta dövlətə az qala xalqa “qeyri” (qarşı mənasında) anlamında təqdim edilir. Amma, əslində bu termini meydana gətirən inkisaf etmiş əcnəbilər həmin “qeyri”- ni başqasına yardım əli uzadan, xeyirxah, hökumətin görməyə imkanı çatmadığı işləri görən, buna görə də vergilərdən azad edilən vs. kimi qəbul edirlər. Əslində, hamı üzərinə düşən məsuliyyəti başa düşərsə, biri birinə qarşılıqlı tolerans (dözüm) göstərilməyə çalışılarsa, bəşəri dəyərləri və inkişaf etmiş millətlərin təcrübəsini əsas götürərsə, hərə öz işini görməyə çalışarsa (əminəm ki, hamıya iş çatar) onda biz millət kimi milli məsələlətimizi həll edə bilər düşdüyümüz bu biabırçı vəziyyətdən qurtula bilərik.


Seçkilərdə müşahidəçilik

(DFC-nin 05. 09. 2003-də təşkil etdiyi seminarda çıxış)


Hörmətli seminar iştirakçıları hamınızı salamlayır və keçirdiyimiz bu tədbir ABD Azərb. Səfirliyi Demokratik Komissiyasının dəstəyi ile DFC adına həyata keçirilən  “Nax. MR’də seçicilərin marifləndirilməsi  və seçici aktivliyinin stimullaşdırılması’’ adlı layihə çərçivəsindədir.

Demokratiyanın əsas atributlarından biri seçgilərdir. Yüksək səviiyyədə demokratik seçki əslində insanlığın, sivil dünyanın problemidir Seçgilərin hamının aktiv iştirakı ilə keçməsi hakimiyyətin mənbəyinin  xalq olmasının göstəricisidir. Yəni milləti idarə  edə biləcək, hər kəsin hüquqlarını ədalətlə qoruya biləcək rəhbərin elliklə seçilməsi deməkdir. Başqa sözlə sən öz hüququnun bir hissəsini seçdiyin adama verir, beləliklə, çox şeyini hətta bir çox hallarda taleyini də həmin adama tapşırırsan. Seçki prosesinin bu qədər vacibliyi çox zaman düşünülmür, xüsusən də bizdə.

Hər hansı bir iş, o cumlədən seçgi nə qədər aşkar və şəffaf olarsa, o qədər real olar. Aşkarlığı təmin edən şərtlərin biri və ən əsası müşahidəçilikdir. Çoxları müşahidəçiliyi əhəmiyyətsiz sayır. Bu çox yanlışdır. Çünki, müşahidəçi heç bir iş görməsə, təkcə qanunsuzluq edənə baxması belə çox şeyi dəyişə bilər. Axı qatı    oğru belə bir şey oğurlarkən diqqətlə ətrafına baxar ki, kimsənin görmədiyindən əmin olsun. Digər yandan müşahidəçi olmaq özünün və dolayısı ilə vətənin gələcəyi üçün sivil yolla mübarizə  aparmaq kimi şərəflidir. O bir yandan yuxarıda dediyimiz kimi seçki qədər taleyüklü bir prosesin iştirakçısı olmaq insanın dəyərini artırmalıdır (hərçən ki bizdə hələ təsinədir).

Müşahidə - məlumatlı və maraqlanan adamların seçgi prosesini izləməsi, mataerial toplaması, onların əsasında rəy verməsidir.

Seçkidə kimlər müşahidə apara bilər? - Seçginin şəffaflığında maraqlı olan hər bir adam.

 Konkret şəkildə isə aşağıdakılar:                 

  1. Seçgi komissiyası üzviəri;

  2. Namizədlər, onların nümüyəndə və vəkilləri;    

  3. Partiya (blok) vəkilləri ( onlar həm də təbliğat apara bilər);  

  4. QHT nümayəndələri;

  5. Beynəlxalq müşahidəçilər;

  6. Media nümayəndələri;

  7. Aktiv seçici hüququna malik hər hansı bir vətəndaş.  

Müşahidəçi olmaq üçün aktiv seçgi hüququ olan vətəndaşın özünün müraciəti əsasında uyğun komissiya tərəfindən qeydə alınması lazımdır. Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün seçgi elanından seçgi gününə 10 gün qalanadək Mərkəzi Sieçgi Komissiyasına, dairə ərazisində müşahidə aparmaq üçün isə 5 gün qalmış dairə seçgi komissiyasına ərizə  verilməlidir. Ərizədə ad, soy ad, ata adı, ünvan, şəxsiyyət vəsiqəsinin nömrəsi lazımsa namizədin, blok, partiya və ya QHT`nin adı və ünvanı göstərilir. Ərizəyə 2 fotoşəkil əlavə olunur. Birinci halda 3, ikinci halda isə 2 günə cavab verilməlidir. Cavab müsbətsə lövhəcik verilir, yalnız ərizədə yalnışlıq olarsa, rədd edilər. Bu halda Apelyasiya  Məhkəməsinə və ya Mərkəzi Seçgi Komissiyasına sikayət edilə bilər.

Seçgi komissiyası üzviəri, namizədlər, onların nümüyəndə və vəkilləri, partiya (blokun) vəkilləriindən   seçgi komissiyasılarından əlavə icazə almaları və müşahidəçi qismində qeydiyyatdan keçmələri tələb olunmur.

Seçgi günü  müşahidəçilərin yaxasında Mərkəzi Seçgi Komissiyasınin verdiyi lövhəcik olmalıdır və  şəxsiyyət vəsiqəsi təqdim etdikdə etibarlıdır.

Hər bir namizəd və ya qurupu təmsil edən ceçki gününə qədər komissiyaların işində iştirak etmək üçün xüsusi icazə almış müşahidəçi Mərkəzi Seçgi Komissiyası tərəfindən püşk yolu ilə hər komissiyada 10 nəfərdən çox olmamaqla müəyyən edilir.

Müşahidə aparmağın prinsipləri (lövhəciyin arxasında göstərilməlidir): tərəfsiz olmalı, açıq aparılmalı və faktlara söykənməlidir.

Müşahidəçilərin vəzifə və hüquqları: (yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər):

  1. Dairə və məntəqə seçgi komissiyasında seçgi bülleten və siyahılarının tərtib edilmə və asılmasını,

  2. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin hazırlanması və verilməsini,

  3. Seçgi komissiyası iclaslarını,

  4. Seçicilərə zərf və bülletenlərin verilməsini,

  5. bülletenləri həmçinin ləğv olunanaların sayılmasını,

  6. Səsvermə yerindən bir qədər kənardan seçicilərin  səs verməsini,

  7. Səslərin hesablanmasını və yenidən hesablanmasını,

  8. Dairə və məntəqə seçgi komissiyalarının qərarlarının veriməsi və yekunları haqqında protokolların aparılmasıni, digər seçgi sənədlərinin hazırlanması və təyinatına uyğun göndərilməsini və seçgi komissiyasının digər fəaliyyətlərini müşahidə etmək,

  9. Səsvermə günü istədiyi vaxt səsvermə otağında olmaq,

  10. Seçiciləri saymaq,

  11. Hesablama zamanı etibarlılığı yoxlamaq üçün zərfə və bülletenlərə baxmaq,

  12. Səsvermənin təşkili ilə əlaqədar məntəqə seçgi komissiya sədrinə təklif və iradlarla müraciət etmək,

  13. Müşahidə nəticələrinin seçgi komissiyasının protokoluna əlavə edilməsini tələb emək,

  14. Müşahidəçi dairə və məntəqə seçgi komissiyalarının qərarlarının və digər seçgi sənədlərinin (seçki nəticəsi haqqında protokollar, səsvermə günü qutunun möhürlənməsindən protokollun tərtib edilməsinədək müddətdə komissiyada tərtib edilmiş və ya daxil olmuş  əsas və qoşma sənədlərin) təsdiqlənmiş surətini pulsuz olaraq ala bilər. Əlavə surətlər isə Mərkəzi Seçgi Komissiyasının müəyyən etdiyi qiymətlə verilir. Müşahidəçi tələb edərsə sənədin surəti təsdiqlənməlidir. Seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi, seçgi bülletenləri və imza vərəqələri istisna təşkil edir,

  15. Xüsusi icazəli müşahidəçilər (Mərkəzi Seçgi Komissiyasının verdiyi lövhəcikdə göstərilənlər) səsvermə gününədək seçgi komissiyalarının iclaslarında da iştirak edə bilərlər,

  16. Müşahidəçi bir üst komissiyaya, Mərkəzi Seçki Komissiyasına və ya apelyasiya məhkəməsinə şikayət edə bilər.

Müşahidəçiyə qadağalar: 1. Seçiciyə bülleten və zərf vermək,

  2. Seçiciyə səs verməsi ilə bağlı sual vermək, bülleten alınması və ya doldurulmasına kömək etmək,

  3. Bülletenlərin hesablanmasında iştiraka, qərarların verilməsinə müdaxilə etməyə çalışmaq və komissiyanın işinə mane olmaq,

  4. Təşviqat aparmaq, hansısa namizədi dəstəkləmək çağrışı.

Müşahidəçi qanunun pozğunluğu edərsə, qeydiyyatı onu qeydə alan komissiyanın müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.