Təbabətimiz doğru yoldamı?
Hər il milyonlarla insan ürək damar xəstəlikləri (insult-iflic, infatkt və b.), xərçənk, Alzeymer və s. kimi qocalma ilə əlaqədar xəstəliklərdən, müasir deyimi ilə qocalıq xəstəliklərindən ölür. Müasir herantologiya və onunla bağlı bir çox elmi sahələrdə aparılan araşdırmalar bu ölümcül xəstəlklərin bir başa səbəbinin qocalıq olduğu təsdiqlənmişdir. Bununla belə, əksər insanlar dünyagödüşlərinin (xüsusən dinin) təsiri altında və ya elmə inamları az olduğu üçün yaşa bağlı ölümü qədər hesab edər və ya Allahın işınə qarışmağın günah olduğunu ya da qocalığın qarşısının alınmasının mümkünsüz olduğunu şüuraltına həkk etdiklərindən qocalmaya normal baxar və onunla mübarizəni qəbul etməzlər. Amma, emlin son nailiyyətləri göstərir ki, biz bunu qəbul etsək də, etməsək də, qocalmanın öhdəsindən gəlmək problemi getdikcə zəruriləşir.
Bu gün dərman və tibbi alətlər istaehsal edən yüzlərlə şirkət, müxtəlif fondlar, institutlar, xəstəxanalar, hökumətlər və s. qocalığın səbəb olduğu xəstəliklərin müalicəsi üçün trilyonlar xərcləyirlər. Amma, bu sərmayə, hesablanması mümkün olmayan zəhmət və səylər heç də qocalmanın özü yəni xəstəliklərin mənbəyi deyil, qocalıq xəstəlikləri ilə mübarizəyə sərf edilir. Nətəcədə xəstəliyin əsas səbəbkarı kənarda qalır onun simptomları ilə mübarizə aparılır, etioloji deyil simptomatik müalicə edilir. Həm də bir orqanı müalicə edərkən digərlərinin zədələyir, fəsadlar (allergiya, dərmanların yan təsirləri və c. kimi) törənməsinə səbəb oluruq. Digər yandan qocalıq xəstəliklərini nə qədər müvəffəqiyyətli müalicə etsək belə onların yaşamını çox da kalitəli edə bilmirik, məs., insultdan sonra qalan parezlər və s. kimi. Və ya Alzeymer xəstəliyini müalicə etməklə xəstənin ömrünü bir neçə il uzada bilsək də, bu həm kalitəli yaşam olmayacaq, həm də başqa səbəblərdən (yıxılma nəticəsində aldığı travma və s. kimi) 5-6 ilə öləcək. Digər yandan bu yolla nə etsək də qocalar özlərini cavan və gümrah hiss etməyəcək. Oysa, qocalıqla mübərizə ilə 90 yaşında birinin özünü 20-40 yaşında hiss etməsinə və uyğun performansa sahib olmasına, onların təcrübə və biliklərindən cəmiyyətin gücləndirilməsində istifadəyə nail ola bilərik, yetər ki, yolumuz doğru olsun, qocalıqla mübarizəyə üstünlük verilsin.
Qocalıq xəstəliklərini müalicə etmək ilə qocalmanın özü ilə mübarizə aparmaq yolları kəskin fərqlənir. Hər şeydən əvvəl nə qədər də çətin olsa qocalmanın səbəbi müəyyənləşdirilməlidir. Uzunömürlülük tədqiqatçılarının illərlə həyata keçidiyi qocalığın səbəbinə dair xroniki iltihab, metabolik disfunksiya, epigenetik dəyişikliklər, hüceyrə qocalması, telomerlər və s. kimi mülahizələr və qənaətlər prosesı tam izah edə bilmədi. Son zamanların tədqiqatlarına görə qocalmanın əsas səbəbi insan yaşlandıqca zülal, DNT, şəkər və b. makromolekulların müxtəlif təsir və proseslər nəticəsində zədələnməsi, ölməsi və orqanizmdə birikməsidir. Asan başa düşülsün deyə bir misal: yaşam üçün fövqaladə əhəmiyyətə malik olan damarlarımızın divarlarında olan həm də yenilənmə qabiliyyəti olmayan elastin insan yaşa dolduqca müxtəlif səbəblərdə zədələnir, zədələndikcə elastikliyini itirir, bu isə bir çox bəlalarımızın səbəbi olan damar sərtliyi deməkdir. Bu proses bədənimizdəki bütün toxumalar üçün keçərlidir. Qocalmanın səbəbi hüceyrələrdən yox, olmüş və yararsız hüceyrələr tərəfindən hüceyrə ətrafı matriksin işğal edilməsidir. Nəticədə, elastiklik yox olur, damarlar sərtləşir, dəri qırışır və s.
Nyu-York, A. Eynşteyn Tibb Kolleci, Nevroloji və Genetika professoru Jean M. Hébertə görə qocalmanı məğlub etməyin yolu bədəndəki köhnə hüceyrə və toxumaları təmizləyərək yenisi ilə əvəz etməkdir. Bu gün bu elmi fantastika kimi səslənə bilər. Ancaq, elmi və texnikanən müasir inkişaf surəti, nanotexnalogiya, regenerativ tibb və b. fantaziyanın reallığa çevirilə biəcəyini təsdiqləyir. Başlıca şərt yuxarıda qeyd edilən trilyonlar, zəhmət və səylərin doğru yönə fokuslanmasıdır.